Allah, Allah, bu nə dünya, bu nə bəşər?!Gözgörəti insan yanır, insan ölür:Körpəsiylə, qocasıyla, xəstəsiylə;Torpaq yanır: bulağıyla, ağacıyla,Torpaq yanır: havasıyla,Qarışqası, böcəyiylə;Tank altında tapdalanmış toxumuyla.

Didir insan bir-birini;Yeyir insan bir-birini.Bilmək olmur kim günahkar,kim haqlıdır.Hamı, hamı günahsızdı-silahsızdı,Hamı, hamı günahkardı-silahlıdı.Cənab nazir, mən görmüşəm,Çox görmüşəm tank burnundaÖlümlə birbeynəlmiləl nəğmələri gətirəni.Çox görmüşəm.Çox görmüşəm qana batmışəlləri mən.Çək tətikdən əllərini,Yüz xaraba, min xarabamüəllifi əllərini.Kiçiklərin böyüməsi çətin işdi,«Böyüklərin» kiçilməsiçox asandı.Dünya özü yaxşı bilir:Raketlərin qanadında qayda getmir,Qanun getmir heç diyara.Qayda-qanun dediyiniürək yazır, əl daşıyır;Öz əlinlə öz yurdunaölüm dartmaq! –Bu «yeni» bir hərbi məntiq!Öz yurdunu şum eləmək,Qan axıtmaq, sonra, sonraSu axtarmaq – qan yumağa?!«Mənim» – deyib o torpağı,Əkmək, sonra mərmi səpmək,Çox qəribə davadı bu.Çox qəribə məntiqi varbu qırğınınÇox qəribə sualı varCavabı yox bu qırğının,Cavabı yox...

10 yanvar 1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине