Ol gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,Mən də xəcil oldum ol vəqtdən bəri,Ol səbəbdən böyük-kiçik yolu var

Lənət olsun kor şeytanın gözünə,Ol zaman ki qərrələnür özünə,Hər kimsə ki baxar onun sözünə,Nə işinin sağı, nə də solu var

İncitdim, əzizim, mən o gün səni,Günahım əfv elə, məzur tut məni,Beynində çox olur cahilin qanı,Guyaki əlində İran eli var

Baxıban şad olur dost-u-düşmanlar,Sənə qurban olsun nazənin canlar,Bir tərəf olubdur çox xanimanlar,Özü şeyda bülbül, qönçə gülü var

Peşimanlıq əl verdi, göndərdim qasid,Yaman bəlalara tuş olsun həsid,

Əhdü iqrarında olmasın fasid,Yaxadan Müştaqinin tutmuş əli var

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов