Əhli-halə sanma, ey dil, bu cahan məqbuldurAqilə cahü cəlal dövləti məxzuldurBəzl qıl kim nəf'ü sudun etdiyin məbzuldurVay o nəfsə, mali-dünya yığmağa məşğuldurVəylü-lükülli ayəsi halinə məşmuldur

Zərrəni bica demə, yanar o pişi-aftab,Ya tutubdur cüğdi-arif guşeyi-gənci-xərabOnların məqsudu dinarü dirhəmi-bihesabBiri göydən biri yerdən eyləyirlər iktisabHər biri öz aləmində talibi-mə'muldur

Ey cahanı çox sevən, bəxti siyah, ey dərbədərEy ölüm yaddan çıxarmış biqəza vü biqədərBu qədər şövqün nədir təhsilü cəm'i-simü zərVallahi, hər kəs əgər dünya və mafihasevərDəşti-xüsranın çölündə bir biyabani-quldur

Ey xumar-aludeyi-qəflət, sərapa bədəməlTalibi-dünyayi-fani həmçu zənburi-əsəlPula-mala ragib olma, yadına sal bir əcəlEylə bari ölməyə bavər yəqinən laəqəlÇün ölüm hər zinəfsdən dəmbədəm mənquldur

Mali-dünya bibinadır, çəkmə ona həsrətiAləmi-mə'nadə birdir üsrət ilə işrətiPişvalar hər zaman dünyadan etmiş nifrətiÇək ayağın bu fənadan tut təriqi-səhhətiSöhbəti-ürfani hər bir fırqədə məqbuldur

Fil-məsəl, dünyayi-dövlət səndə oldu həsbi-kamPulü malü mülkü cah, əşhəb gövhərləcamSəndə gər bəxşayiş olmaz, feyz aparmaz xasü amHər nə dövlət cəm' edibsən, tə'n olur beynəl-ənamHəmrəhin zəhmət çəkən carubkeş məzbuldur

Pul bir mürdar şeydir, Pul dur ləfzi-cinasƏrməni dilində Puğ, əlhəq, pu...dur, biqiyasEylə bir kəsdə dutar məskən ola nəkbət-əsasBədgil ü aciz, zəbun ü bihəya, idbarnasYa əqim və ya münafiq, ya əli məşluldur

Bu cahanə şövq edən Fir'onla ŞəddaddırGör onların köşk-şeyni hancarı bir baddırEyləmə təşbih özünü onlara, gəl, imdaddırZəmmi-dünyayi-əcuzə bir tükənməz zaddırBu əsasın şərhi-mətni xətm olunmaz tuldur

Sərbəsər və'z ü nəsayehdir bu şeiri-pürhəqiqHəq məzmunu uzun, guya ki dəryayi-əmiqHər sözü dürdaneyi-afaq çün lə'lü əqiqLö'löyi-məknundur, Didə, dürri-nəzmi-dəqiqFil-məsəl, guya sədəf tək gövhəri-keşkuldur

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов