Əya mütii-mətai-cahani-buqələmunSənə vəsiyyət edim bir kəlami-xoşməzmun

Bu şərt ilə eyləyəsən istimai ibrətləMəqalım etməyəsən bir məqali-namovzun

Nədir səhih səbəb illəti-vücudatəMurad ü əsli-qərəz xilqətə nədir məqrun

Binayi-aləmdən inqirazi-aləmə cənBu aləmi nə işə xəlq edib neçün, biçün

Yaranmayıb bu qədər cin ü ins aləmdəMəgər ibadət üçün, pəs ibadət oldu bəlun

Əmanəti ki sənə nəql olub, siyanət eyləMuti' ta ola söz, hökm, əhd həm raun

Nəvayi-Həqqi çağır, Leyliyi-hüda tapasanMəcazi çöl gəzən olma binəva Məcnun

Səvabi-baqiyə yığ, mali-dünyəvi yığmaNə qədər yığdı, hanı, neylədi, görək, Qarun

Bu bəzmi-fanidə çoxları mətai yığubGənə dağıldı, vəli oldu kaseyi-varun

Nə e'tibar cahanın fənalu cifəsinəƏgərçi ta yığasan həddi-hasırdan bürun

Nə qədər cəm' edəsən, bir məaş kafəndirZiyadə zəhmətdir varisə qalur mərhun

Bu sözlərim sənə təhqiq olur vəfatındaHənuz yox əsəri gözlüyük, görək qalsun

Gələndə vəqti-əcəl, ruhi-binəva gedəcəkƏgər mürəttəb ola səd sufuf səd məcun

Nə kar eyləmisən birbəbir cəzası yetərŞərirə şər yetər, xeyrə xeyrdir məzmun

Xülasə, Didə, deyim, Mürtəza ədulərinəHəmişə var müqərrər əzabi-gunagun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов