Molla və rəssam
Bir nəfər molla, bir nəfər rəssam,Yol gedirdi vaqonda bir axşam.Mürgülər hey bütün müsafirlər,Yorulub bilməyir nə etsinlər.Usanıb bir-birilə söhbətdən,Təngə gəlmişdilər kəsalətdən.Molla aldı əlinə bir qur’an,Oxuyurdu vaqonda «Ərrəhman».Saldı rəssamı təngə ol halət,O da bir iş tapıb haman saət,Təklik etdi ona böyük tə’sir,Başladı çəkməyə o bir təsvir.Hər qələmdə baxardı mollaya,Düşdü bu işdə şübhə ortaya,Molla xişm ilə bükdü qur’anıDedi rəssamə: — «Etmə nöqsanı,Deyiləm razı, çəkmə təsvirim,Sənə asanmıdır bu təhqirim?Şəkil çəkmək haramdır əlbət,Dinimizdə bu bir yaman sən’ət.Çəksə hər kimsə bir nəfər insan,Ona məcburdur ki, versin can.Heç zaman olmaram buna məmnun,Şəklimi çəksin hər yetən məl’un».Molla saldı vaqonda vurhavur,Səsə toplandı cümlə konduktor.Molla eylərdi daima şəkva:«Mən özüm bir nəfər fəqir molla,And ola qoltuğumda qur’ana,Gedirəm mən özüm Xorasana.
Mənə zülm etdi bu haramzada,Tökəcək abırımı bu dünyada,Şəklimi görsə gər müsəlmanlar,Mənə nifrətlər eyləyər izhar.Dinimə rəxinə vursa bu zalim,Şübhəsiz ki, zəbun olur halım.»Ağladı molla eylədi fəryad,Dedi: — «Yox kimsə eyləsin imdad?»Oldular cümlə xalq narahət,Səsinə toplanıb haman saət.Molla öz dərdini eylədi ə’lan,Qalxdı rəssamə qarşı bir üsyan.Zor edib ondan aldılar şəkli,Ortaya çıxdı mətləbin əsli.Zahirə çıxdı onda hər bir iş,Gördülər bir uzunqulaq çəkmiş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-molla-ve-ressam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.
Yeni hücumlarQaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:
Həsənağanın toyuToy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.
Sülh heyətiEynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi.Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və inqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi.
Стихи других поэтов
Fələk rəğminə bir nəzərGörsəm üzün cananımın,
Rübaiمیان زلف کج ماوا گزین استرخت گویا قمر عقرب نشین است
Qəzəl: Məhbub, badə tərkin edəmmi, lənd olamMəhbub, badə tərkin edəmmi, lənd olam,Divanəlik edəmmi, çü bən huşmənd olam
Təcnis: Ey sevdiyim, məni astanəndənEy sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ