Gecə yatmışdı bir nəfər molla,Yuxuda gördü bir qısa rö’ya:Gördü minbərdə əyləşib şeytan,Səlavat ilə xətm edir qur’an,Söyləyir xalqa dinü millətdən,Söhbət eylər sözündə cənnətdən.Desə şeytan nə növ’ü bir bid’ət,Səlavat ilə qarşılar millət,Molla görcək bu halı minbərdə,Durdu şeytan ilə bərabərdə.Qəzəbi gəldi cuşə mollanın,Saqqalından yapışdı şeytanın.Aşağı çəkdi saldı minbərdən,Tüpürürdü vücuduna hərdən.Saqqalından tutub deyir daim:«Dəhri viranə qoydun, ey zalım!Olmaseydın cahanda ey bədfal,Oğru olmazdı bir nəfər baqqal.Aldadırsan cahanı, məl’unsan,Fitnədən durduğunca məmnunsan.Bəsləyirdim sənə böyük nifrət,Əlimə indi düşdü bir fürsət.Saqqalın qoymaram çıxa əldən,Daha qurtarmasan bu ənkəldən!»Döydü şeytanı molla heyvantək,Saqqalın tüklərin yolub tək-tək.Bir daha çəkdi burnuna pərgar,Diksinib oldu xabidən bidar.Gördü öz saqqalın tutub möhkəm,Öz gözü başına çəkir hərdəm.Etdi beş-altı dəf’ə istiğfar,Bu sözü daim eyləyir təkrar:Gələ lə’nət həmişə şeytanə,Yuxuda bənd olur müsəlmanə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов