Nəzm
Eylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Bir yerə toplaşdılar, başladılar söhbəti,Bildilə, vacibdi bu indiki əyyamra.
Saldıla yadə sora bir Təqiyev Hacını,Olsa əgər zikri-xeyr, dində konəd namra.
Pulları axır alıb açdıla bir mədrəsə,Etdilə təhsili-elm, sübh və həm şamra.
Gər belə getsə bir az aləmi-islamdəBir də tapılmaz dəxi bircə nəfər xamra.
Vəsfi-tura gər konəd, vər nəkonəd Lağlağı,Hacəti-məşşatə nist ruyi-dilaramra.
“Molla Nəsrəddin”, 1 dekabr 1906, №35
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-nezm
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram.Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.
Məmmədəli! (1911)İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.
Əzizim Məmmədəli! (1911)Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.
Əzizim Məmmədəli!Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.
Стихи других поэтов · Сатира
“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Təxmis-məzhəkəEy sənəmi-türreyi-pürpiç tab,Kimsədə yox zərrəcə hicrində tab.
Şirvan ("Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!")Швырнешь ли, Насреддин, в корзину мое посланье, - не беда!Случайно ль, с умыслом забыли все о Ширване, - не беда!
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?