Təxmis-məzhəkə
Ey sənəmi-türreyi-pürpiç tab,Kimsədə yox zərrəcə hicrində tab.Həsrəti-didarınadır şeyxü şab,“Sübh salıb mahi-ruxindən niqab,Çıx ki tamaşaya, çıxa afitab”.
Mən kimi min tüklüqulaq, heyvərəSahib ikən dövlətü simü zərə,Talibdir sən kimi siminbərə,“Rişteyi-canım yetər, et bir kərə,Salma səri-zülfi-səmənsayə tab”.
Aşiqini qoyma qəmindən yana,Döndü fəraqında könül büryana.Qanmaz inanma, gözəlim, söz qana,“Məst çıxıb, salma nəzər hər yana,Görmə rəva kim, ola aləm xərab”.
Eyləmə nifrət məni-müştaqidən,Keçmişəm eşqində oğul-şaqidən.Rəhm elə, qaldır məni torpaqidən,“Kəsmə nəzər canibi-üşşaqidən,Naleyi-dilsuzidən et ictinab”.
Dövr eləsə min sənə çərxi-fələk,Məh görəməz sən kimi biribüşəkk.Hanı bəşərdə sənə bənzər mələk?“Gecələr əncüm sayıram sübhədək,Ey şəbi-hicrin mənə yovməl-hesab”.
Rövzeyi-kuyində sənin hər zaman,Bülbüli-şeyda kimi qıllam fəğan.Xoşdu ki, eşqində olam bağrıqan,“Duzəxə girməz sitəmindən yanan,Qabili-cənnət deyil əhli-əzab”.
Tut nəzərində, nola, bir dəm məni,Lütflə qıl vəslinə məhrəm məni,Zənn eləmə Əhmədi-biqəm məni,“Saldı damaqdan, qəmi-aləm məni,Ver mənə qəm dəfinə, saqi, şərab”.
Baxma bu kaftar əməlin yalinə,Düşsə sənintək xanımın dalinə.Gəl evə, bax dövlətinə, malinə,“Rəhm qıl üftadələrin halinə,Hiç gərəkməzmi sənə bir səvab?!”
Xahişin pul isə, məlalın nədir?Bir neçə dəqiqə vüsalın nədir?Mənə də tez söylə, xəyalın nədir?“Yar sual etsə ki, halın nədir?Xəstə Füzuli, nə verərsən cavab?!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-texmis-mezheke
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
YaxşıdırBavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?