Şeyxə bir imdad
Əfsus ki, yoxdur yetişən dadına şeyxin,Get məscidə, bax naləvü fəryadına şeyxin.
Vardır bu mərəz şeyxidə, derlər ki, yaşından,Hər yerdə yeyib doymasa gər ehsan aşından,Hər il rəmazan ayı çıxır əqli başından,Allah özü rəhm eyləsin övladına şeyxin,Əfsus ki, yoxdur yetişən dadına şeyxin.
Hətta belə derlər ki, bu il keçmişə nisbət,Şeyxin mərəzi etmədədir get-gedə şiddət,Gər böylə qalıb olmasa biçarəyə səhhət,Bu xəstəlik eylər əsər əhvalına şeyxin,Əfsus ki, yoxdur yetişən dadına şeyxin.
Verməz sözə minbərdə nəhayət, yerə düşməz,Ta yatmasa məsciddə cəmaət, yerə düşməz,Ağzından onun qüslü təharət yerə düşməz,Hərdəm elə xoş löğmə düşür yadına şeyxin,Əfsus ki, yoxdur yetişən dadına şeyxin.
Heç molla bunun kimi deyil hər işə zirək,Çoxlar həsəd eylər ki, nədən şeyx özü bir tək,Guya götürüb şəhridə məscidləri podrək,Xalis quru böhtan yaşayır adına şeyxin,Əfsus ki, yoxdur yetişən dadına şeyxin.
Mahi-rəmazan şeyxə edib xeylicə təsir,Bilmir özünü, bəs ki, tapır haləti təğyir.Bazarda etmiş neçəsin boş yerə təhqir,Onlar da söyüb axırı hər zadına şeyxin,Get məscidə, bax naləvü fəryadına şeyxin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-seyxe-bir-imdad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni həmişə, gülüm, xari-ruzigar elədin,Rəqibə məxfi olan sirrim aşikar elədin.
Məni, ey tazə gül, hicrində giryan eylədin, getdinMəni, ey tazə gül, hicrində giryan eylədin, getdin,Misali-bülbüli-şuridə nalan eylədin, getdin.
Gözəlim, gül üzünə el-hamı heyrandı səninGözəlim, gül üzünə el-hamı heyrandı sənin,Fitnəkar, şux baxışın işvəli ceyrandı sənin.
Zülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninZülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninSaldı səhralərə müşkini qəzali-Xütənin.
Стихи других поэтов · Сатира
O viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
«Şərq qadını» məcmuəsinin bir illik bayramınaSən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Sanma bir məsləki tə’qiblə möhkəm qalaramЯ убеждения привык менять на каждом слове,Я как вода: любой арык и путь любой - мне внове,