«Şərq qadını» məcmuəsinin bir illik bayramına
Sən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.
Qala mirasına dünyada vərəq parələrin,Dini, imanı verib bada vərəqparələrin,Bir bəladır bizim arvada vərəqparələrin,Nə yaman yerdə bizim gündüzü axşam elədin,Qoyduğun bid’ətə din əhlini bədnam elədin.
Tapdalardım ölən arvadı, oyardım gözünü,Qışqıran dəmdə toyuqtək itirərdi özünü,Sən çıxandan bəri Gülnaz da deyir öz sözünü,Kişi haqqında bütün zülmünü itmam elədin,Qoyduğun bid’ətə din əhlini bədnam elədin.
Buna kim razı olar xırda qızı yoldan aza?Adı altında gəlib gündə sənə şe’r yaza?Qoyarammı o həyasız qızı gülsün namaza?Çaşdırıb qızları, arvadları bədnam elədin,Qoyduğun bid’ətə din əhlini bədnam elədin.
Nəzər etdikcə vərəqlərdəki təsvirinə mən,Gündə min lə’n edərəm heyyəti-təhririnə mən,Dözmüşəm bir sənə haqqımdakı təqririnə mən,Xırda qızdan da məni dərdə nakam elədin,Qoyduğun bid’ətə din əhlini bədnam elədin.
Bu nə bid’ətdi görüm mətbəən uçsun başına,Görüm o katibin ölsün, su qarışın aşına,
Çatmayaydın görüm aləmdə səni bir yaşına.Bizə bildinmi bu bir il nə sərəncam elədin?Qoyduğun bid’ətə din əhlini bədnam elədin.
Məzhəbə rəxnə düşüb, bizdə daha qalmadı din,Kəsməyir molla da on yaşda qıza indi kəbin,Olmasaydın hamı məktəblilər olmuşdu kəlin,Balaca qızları da maili-övham elədin,Qoyduğun bid’ətə din əhlini bədnam elədin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-serq-qadini-mecmuesinin-bir-illik-bayramina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Стихи других поэтов · Сатира
I– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Yaxşı əmniyyətdir İran, həq bəladən saxlasınYaxşı əmniyystdir tran, heq beladən saxlasın,Qurd qoyunla otlayır bir yerdə itmiaan ilə.
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Yoxsa yoxBu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?