Xanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.

İndi də tə’nə vurur yastı daban başmağıma,Kişidə bir üzə bax, eyb tutur yaşmağıma,Kişi görcək bürünüb baş götürüb qaçmağıma,Bizdə bunlar daha ayinu əda qoymadılar,Xanbacı, bizdə bular, arü həya qoymadılar.

Gətirib yubka, deyir at bayıra nimtənəni,Burnunu gizləmə, örtmə kişi görcək çənəni,Atana «papa» xitab et, «mama» səslə nənəni,Ağzı, burnu qapalı Fatmanisə qoymadılar,Xanbacı, bizdə bular, arü həya qoymadılar.

Deyir at çarşabı, qondar başına bircə səbət,Başaçıq bulvara çıx, ta ki, kəsilsin bərəkət,Haradan başlarına düşdü bu dinsiz hərəkət?Qudurub köhnə qiyafətdə səfa qoymadılar,Xanbacı, bizdə bular, arü həya qoymadılar.

Söyləyir get teatrlarda otur, ol mədəni,Qorxma, qırpınma əgər yad kişilər görsə səni,Tufli geyməkliyə də razı olub Şeyx Qəni,Azdırıb xalqı yolundan üləma, qoymadılar,Xanbacı, bizdə bular, arü həya qoymadılar.

Dün üzü qarə ərim küçədə girdi qoluma,Bilmədim heç necə getdim küçədə öz yoluma,Bir bölük yad kişi, baxmaqda idi sağ-soluma,O qədər baxdılar gözlərdə ziya qoymadılar,Xanbacı, bizdə bular, arü həya qoymadılar.

Utanıb bir neçə yol yenkimi tutdum üzümə,Hey dedim, — gəl qayıdaq, — baxmadı nadan sözümə,Bir nəfər qırmızısaqqal soxulurdu gözümə,Küçədə almağa ləzzətlə hava qoymadılar,Xanbacı, bizdə bular, arü həya qoymadılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Knyaginya Osipova

1915-ci ilin noyabrında vəziyyət qismən dəyişməyə başlamışdı. İngiltərə və Rusiya arasında İranın bitərəf qalması üçün lazım olan şərtlər müzakirə edilirdi. Rusiyanın xariciyyə naziri Sazanov Petroqraddakı ingilis səfirinə verdiyi xəbərdarlıq məktubunda belə yazmışdı:«İran dövləti dünya müharibəsində bizim mənfəətimizə bitərəf qalmaq üçün 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir, lakin bu, qətiyyən ola bilməz”.

25 мин
İkinci inqilab komitəsi?

Bu gün tezdən amerikalı qız məni telefona çağırdı:– Təzə bir hadisə barəsində danışmaq üçün səninlə görüşmək lazımdır, – dedi. Mən onun boş günü olduğunu bilmirdim, buna görə də telefonla ona dedim:

18 мин
Ad günü, xalqın şad günü

İranda ad qoymaq və uşaq doğulduğu zaman böyük ziyafətlər təşkil etmək adət deyildir. Ad günü və doğulan günün bayramı yalnız müqəddəslərə və padşahlara məxsus bir işdir. Məsələn, peyğəmbər və imamların anadan olan günü bayram edildiyi kimi, padşahın da anadan olan günü bayram edilməkdədir.Bizim tanış olduğumuz ailələrdə dörd oğlan, bir də qız doğulmuşdu. Bunların bəziləri bir ay, hətta iki ay bundan qabaq doğulduğuna baxmayaraq, Nina üç aydan bəri xəstə olduğundan uşaqlara ad qoyulmamışdı. 17-ci ilin fevralında Nina yavaş-yavaş xəstəlikdən durmağa və dışarı çıxmağa başlayırdı. Lakin onu işləməyə buraxmırdıq. O, konsulxanada işləməyə can atsa da, biz ona mane olurduq, çünki bu günlər onun işləməsinə ehtiyac da yox idi. Amerikalı qız, Frikson, Mirzə Ələkbər xan və başqaları lazımi xəbərləri gətirirdi.

12 мин
Miss Hanna gedir

Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi:– Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi.

4 мин

Стихи других поэтов · Сатира