Dedilər
Gördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.Gün çıxıb nisti-nəhar oldu, yoruldum yuxudanQəflətən durdum oturdum, nədir ey vay dedilər.Nuri-çeşmim, niyə durdun belə şirin yuxudanBizdən olsa, hələ tezdir, genə yuxlay dedilər.Gördülər yatmağa yoxdur dəxi meylim əbədənBir-birilə danışıb cümləsi hay-hay dedilər.Tökdülər buyzə Ərəsdən gözü ac dəstələrinAnd içib tamını öldürməyə hurray dedilər.Molla, dərviş və əfsungər, falçı, vaizHər tərəfdən tökülüb üstümə vur hay dedilər.Gördülər olmadı yumruqlarının faidəsiDəxi vermirlər bizə indi plov, çay dedilər.Ta ki Molla Nəsrəddini görüb annadılarQalmayıbdır dəxi indi bizə bir pay dedilər.Binəva mollaya həm çoxluca lənət oxuyubHəmi məcmuəsinə şaltay-baltay dedilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-dediler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Arada çox danışılır ki, aya səbəb nədir ki, Allah-taala çistkadan azad olsun?İndiki əsrimiz məhz azadlıq əsridir, çox böyük-böyük imam və peyğəmbərlər təmizləməyə düçar olurlar; məmləkətin sütunları o yerdə ki, bu gün şiri-cəyan kimi gurulduyurdular, sabah görürsən ki, təxtdən düşüb heç bir şey olublar.
SəbirŞərq aləmində səbir – çox arzu olunan bir haldır: dayanmaq, təhəmmül etmək, tələsməmək – budur səbrin mənası.Şərqin mədəniyyətcə Qərbdən geridə qalmağının filosofiyası elə haman səbirdir və inşallah-taala bir min il də səbrdən sonra Şərq Qərbi də ötüb keçəcək və bəlkə şimal və cənubu da geridə qoyacaq (inşallah!).
Bakının havasıDünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı.O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir?
Xam xəyal edirlərXam xəyal edirlər o məsul işçilər ki, onların öhdəsinə qoyulan vəzifəni səhl sayırlar. Nəticəsini axırda görəcəklər.Xam xəyal edirlər ingilis hökumətinin əfqan nümayəndələri o yerdə ki, Beççeyi-Səqqaya göstərdikləri maddi köməkliyi məxfi hesab edirlər; Beççənin cəmi qoşunları bu saat ingilis tüfəngləri ilə tüfəngləniblər.
Стихи других поэтов · Сатира
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
KontorçularımızAman, kantorçularımız, dad sizdən,Bizi zar eylədiz, fəryad sizdən!
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
Demədim?Qəyyur əfəndiyə oxşatma*Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!