Xam xəyal edirlər
Xam xəyal edirlər o məsul işçilər ki, onların öhdəsinə qoyulan vəzifəni səhl sayırlar. Nəticəsini axırda görəcəklər.
Xam xəyal edirlər ingilis hökumətinin əfqan nümayəndələri o yerdə ki, Beççeyi-Səqqaya göstərdikləri maddi köməkliyi məxfi hesab edirlər; Beççənin cəmi qoşunları bu saat ingilis tüfəngləri ilə tüfəngləniblər.
Xam xəyal edirlər qəzalarda haman maarif müdirləri ki, Şirvan okruqu maarif müdiri kimi, hər söz başında cavan müəllimlərə cavab edirlər: “xoşlamırsan, ərizə ver çıx”.
Xam xəyal edirlər haman quldurlar ki, bu günlərdə Bakı ətrafında yol ilə gedən iki nəfər qızıl əsgərə güllə atmaqla elə güman ediblər ki, bununla şuralar ordusunu zəif salacaqlar.
Xam xəyal edirlər Bakıdan Xırdalana hərəkət edən şagird qatarının müdirləri o yerdə ki, vaqonları zibilli saxlamaqda özlərini haqlı sayırlar.
Xam xəyal edirlər həmin kənd camaatları ki, bəylərdən qalan kəhrizləri abad saxlamırlar və onların xarab olmağına tamaşa edirlər; çünki belə olanda köhnə sahibkarlar indiki kəhriz sahiblərinə “qınıqını” edərlər.
Xam xəyal edirlər o kəslər ki, mənim həmin hikmətli sözlərimi oxumaq istəmirlər.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 3 oktyabr 1929, №40
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xam-xeyal-edirler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır.Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur.
Pulların danışığıƏgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.
Ərzaq vergisinin nöqsanlarıBu sözü biz demirik, bunu “Bakı fəhləsi” qəzeti 33-cü nömrəsində yazır. Yazır ki, keçən ilin naloq işləri bir neçə nöqsanlar ilə keçdi. Lazımdır tədbir tökmək ki, bari bu üzümüzə gələn il haman nöqsanlar dəxi təkrar olunmasın.Bu sözü haman yuxarıda söylədiyimiz qəzet deyir, biz demirik. Vəbalı deyənin boynuna.
Əslinə mütabiqdirNaxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.
Стихи других поэтов · Сатира
Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.
Naxçıvan dumasına gər o kəsin düşdü işiNaxçıvan dumasma gər o kəsin düşdu işi,Çörəyi pİşdi, kefi kök, damağı təht oldu.
QorxaqƏhvalımı pozmayındamağım çağ olanda,
Bizi aldatma, xacə, hər sözünəЭй, не лги нам, приятель, и вздор не мели!Сам себя наставляй, сам себе и внемли!