Bu sözü biz demirik, bunu “Bakı fəhləsi” qəzeti 33-cü nömrəsində yazır. Yazır ki, keçən ilin naloq işləri bir neçə nöqsanlar ilə keçdi. Lazımdır tədbir tökmək ki, bari bu üzümüzə gələn il haman nöqsanlar dəxi təkrar olunmasın.

Bu sözü haman yuxarıda söylədiyimiz qəzet deyir, biz demirik. Vəbalı deyənin boynuna.

Yoxsa biz keçən ilin naloq dəstgahında bir nöqsan, bir əskiklik bilmirdik. Doğrudur, kəndlərdən Bakıya çox-çox kəndlilər gəlib şikayət elədilər ki, ərzaq vergisinin bir para nöqsanları var; amma onların sözünə o qədər də əhəmiyyət verilmədi.


İndi yazırlar ki, ərzaq vergisinin bir neçə böyük əskikləri var idi ki, məsələn, vergi verənlərin siyahılarını kənd ispalkomları tutdular, amma məlumdur ki, bu ispalkomların çoxu o dərəcədə savadsız və avvamdılar ki, bu cür məmuriyyətə onların qabiliyyəti ola bilməz.

Amma bu qəribə sözdür. Səbəb budur ki, doğrudur, kənd ispalkomlarının çoxu savadsızdır, amma Molla Nəsrəddin indiyə kimi eşitməmişdi ki, bir kəs tapıla ki, savadsız adamı bəyənməyə və doğrudan da bunun nə dəxli var? Məgər savadsız adam ərzaq naloqunu yığa bilməz?..


Bir də haman məqalədə yazılıb ki, ərzaq naloqunu yığanda insaf deyil yoxlayıb, görmüyəsən, aya, bu naloq verən kəndlinin neçə baş çörək yeyəni var.

Demək, hələ indi yavaş-yavaş məsələ aydınlaşır və həqiqət gəlib ortalığa qoyulur.


Bir də yazır ki, bundan sonra gərək taxıllar ayaq üstə durmamış onları dərəcəyə təqsim eləmək. Çünki axırda elə bəla nazil ola bilər ki, dərəcələrə təğyim vermək lazım gələr. Demək, keçən il bu qanun mülahizə olunmayıb; demək keçən il hələ taxıllar göyərməmişdən Bakıdan “Rəml” radiosu vasitəsilə naloq loğmanları bildilər ki, filan yerdə altı aydan sonra yaxşı taxıl bitəcək və filan yerdə yaxşı üzüm əmələ gələcək.


Bizə qalsa, tək bircə şərti gözləmək lazımdır, qalanları ötüşüb keçər.

Haman şərt budur ki, hər bir əkinçidən onun əhvalına görə naloq almaq lazımdır.

Yoxsa “atam mənə kor deyib” üsulunu bilmərrə buraxmalıdır; çünki əkinçiləri gözləmək lazımdır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 18 fevral 1923, №13

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təzə xəbər

Qardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.

3 мин
Molla

Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.

1 мин
Bibiheybət ziyarətgahı

Bakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar:Getdim Bibheybətə, bişirdim aşı,

3 мин
Nə olardı?

“Günəş” qəzetini 101-ci nömrəsində “Erməni katalikosu” sərlövhəsi altında axund Pişnamazzadənin imzası ilə imzalanmış bir neçə sətri oxuduq. Burada şeyx cənabları üzünü ölən katalikosa tutub onun ölməyinə çox təəssüf edə-edə bir neçə söz deyir. Bu sözlər hətta rus qəzetinə də tərcümə olunmuşdur.Biz bilmirik bu nədir? Əgər bilən varsa bizi başa salsın.

1 мин

Стихи других поэтов · Сатира