Molla
Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.
Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.
Hələ bu qəribə iş deyil. Malıbəylidə bir qəribə əhvalat gördüm: o da budur ki, bu kənddə hələ oğlan uşaqlarından savayı qızlar da məktəbə gəlib dərs oxuyurlar. Doğrusu çox təəccüb eləbim ki, məsələn, İrəvan kimi bir müsəlman mərkəzində qızın oxumağını müsəlmanlar pis iş hesab eləyirlər, amma Malıbəyli kimi bir kənddə qızlar erməni Haxçığı kimi çiyninə heybə salıb dərsə gedir.
Bu işləri görüb, söz yox, başladım bunun səbəbini soruşmağa ki, çox əcəb, Malıbəyli hara, bu işlər hara? Və gün haradan çıxıb ki, burada bu qədər tərəqqi baş verib? Hər kəsdən xəbər aldım, mənə cavab verə bilmədi. Doğrudan da qəribə işdir ki, müsəlman kəndində beləbelə işlər əmələ gəlsin. Axırda nə oldusa, söhbət molladan düşdü və belə məlum oldu ki, Malıbəylidə heç əslindən molla olmayıb və Malıbəylilər ömrlərində heç molla üzü görməyiblər.
Aha, burada mən barmağımı dişlədim və özümə dedim ki, bəli, bunu mənə bayaqdan deyin. Allah atanıza rəhmət eləsin, indi bildim ki, niyə burada müsəlmanlar oğlanlarını və qızlarını oxudurlar.
Ondan ötrü ki, burada molla yoxdur.
Ancaq indi başa düşdüm.
Cırcırama
“Molla Nəsrəddin”, 22 avqust 1910, №32
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-molla
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəzetlər xəbər verirlər ki, bu yaxın vaxtlarda Kazan şəhərində islam məzhəbinin əleyhinə çalışan rus misyonerlərinin yığıncağı olacaq və bu yığışmağa hökumət tərəfindən izn verilib.Biz bu barədə bəlkə heç danışmayaydıq; çunki bu sözlər köhnə sözlərdir və oktyabr manifestli bir məmləkətdə bu cür “hürriyyətiədyan” işlərini çox görmüşük. Amma bircə şey var: dəxi bundan sonra heç kəs rus tatarlarını qınamasın ki, hökumət məktəblərindən qaçırlar və rus mədəniyyətindən bəhrəmənd olmaq istəmirlər. Hələ keçən vaxtların sözünü danışmırıq ki, qapaz gücünə Məhəmmədin və Həsənin adlarını xaçpərəst dəftərinə yazıb, müsəlmanları İvan, Pyotr eləyirdilər.
UnutmasınlarBir il bundan qabaq eşitdik ki, Tiflisdə “Məzhər” adında türk dilində bir qəzetə çıxır.Bir övqat keçdi dedilər ki, “Məzhər” çıxıb.
Hacıxana– Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər.– Ədə, tez ol, qoyma qaç qabağa!
Abunə dəftərimiz açıldıBu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira:Məkon zigərdişi geyti şikayət, ey dərviş
Стихи других поэтов · Сатира
Mirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!
Əksimə ("Zahidin əksimə düşcək nəzəri-xudbini")Zahidin əksimə düşcək nəzəri-xudbini –Görür ayineyi-safımda o bir bidini;
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə