Bu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira:

Məkon zigərdişi geyti şikayət, ey dərviş
Ki, tirəbəxti əgər həm bərin nəsəq mordi.

Bununla bərabər boş oturmayacağıq. Əvvələn, usta Cəfər əmi üsuli-cədidi-həcəmət barəsində yazdığı kitabın intişarına və Kərbəlayı Allahverdi İrandan gətirdiyi hənanın rəvacına mümkün qədər səy edəcəyik.

Saniyən gecə və gündüz bari pərvərdigara duamız bu olacaqdır ki, Qubada cənab Hacı Molla Babanın qarnının və peysərinin yağından bir misqal da əskilməsin.

Salisən, milyonçularımızın əhvalını həmişə jurnalımız vasitəsilə padşahlıq dumanın nəzərinə yetirəcəyik ki, bu yazıqların ehtiyaclarını və kassalar qabağında çəkdikləri məşəqqətləri mülahizə edib təzə bir qərardad ilə bunlara mərhəmət eləsinlər.

Rabiən və xamisən: Allah-taala cəmi mömün bəndələrə əcrixeyir verib cəhənnəm atəşindən xilas eləsin!

Amin, ya rəbbül-aləmin!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 24 noyabr 1908, №47

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Arvad məsələsi

Yevropanın ən şöhrətli alimlərindən Con Stüart min səkkiz yüz altmış yeddinci ildə ingilis parlamanında söylədiyi nitq hələ çoxlarının yadından çıxmayıb. Haman nitqdə məşhur natiq birinci dəfə olaraq arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əllillik müddətdə haman ingilis parlamanında azından iyirmi dəfə bu məsələ müzakirəyə qoyulubdur və hələ bu vaxtadək arvad məsələsi necə ki lazımdır, Yevropada həll olunmayıbdır.Rusiyada arvad məsələsi. O ki qaldı Rusiya hökuməti, şükür Allaha, axırıncı inqilabi-kəbirin birinci xidməti bu oldu ki, Rusiyada yaşayan insanların cəmisinin ixtiyarı bərabərləşibdir, bilafərq cins, din və millət. Bu barədə Rusiyada dəxi əlahiddə bir danışılmalı məsələ qalmayıbdır; arvad məsələsi birdən-birə qurtarıbdır.

7 мин
Xəbərdarlıq

Bu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib.Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin məhrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.

1 мин
Poçtxanamız

Ruznaməmizin nəşrinin şöhrəti qeyri şəhərlərə çatdıqda çox yerlərdən idarəmizə məktublar yazıb abunə olmuşdular. Və biz təqribən bir ay bundan əqdəm birinci şümarəni və bir həftə ondan sonra ikinci şümarəni Təbriz poçtxanası vasitəsilə müxtəlif şəhərlərə göndərmişdik.Beş gün bundan əqdəm hər bir yavuq qəsəbələrdən və şəhərlərdən varid müsafirlərdən və dostlarımıza çatan məktublardan çox-çox şikayətlər bizə çatdı ki, ruznaməmiz Təbrizdən kənar heç bir nöqtəyə gedib çatmayıbdır.

1 мин
Müştərilərimizə

Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.

1 мин

Стихи других поэтов · Сатира