Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.

Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.

Bir tərəfə də baxanda ruznamə müdiri başına nə daş salsın? Kağıza, mətbəələrə, rəssamlara, yazıçılara və əmələlərə pulu haradan alıb versin? Doğrusu, məəttəl qalmalı bir haldır.

Bircə şey fikrimə gəlir. Bir surətdə ki, möhtərəm müştərilərimiz pullarının batmağından ehtiyat eləyirlər, mümkündür pənah bərxuda babətindən abunə pulunun bir az hissəsini idarəyə göndərmək ki, əgər xudanəkərdə ruznamənin dalı gəlməsə, itən pul üç-dörd tümən olmasın, bir neçə qran olsun ki, əgər dünya dağılsa, bir neçə şahı da Molla əminin yolunda itib batsın.

Bir qrandan tutmuş on qrana kimi, bundan da əskik və bundan artıq, hər nə qədər idarəmizə göndərilsə, təşəkkürlə qəbul olunub, qəbz veriləcək (mən ölüm, incimədin ki?).

İdarədən

“Molla Nəsrəddin”, 20 rəcəb 1339 (31 mart 1921), № 4

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qayırma hədislər

Biz keçən vaxtlarda bir neçə dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi, Allaha şükr olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin niqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətlərinin haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaqı və ayrılığı salan qayırma hədislərdir”.

1 мин
“Tərcüman”ın fitvası

Möhtərəm “Tərcüman” qəzeti 36-cı nömrəsində xəbər verir ki, dumanın müsəlman üzvlərindən 5 nəfər vəkil islam məzhəbini atıb, “işçilər” məzhəbini qəbul eləyiblər və iki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb, sosyal-demokrat məzhəbinə daxil olublar.“Tərcüman”ın bu sözlərini oxuyanda keçən günlər yada düşür.

2 мин
Oxucularımıza

Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək.Saniyən, indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına.

1 мин
Gəncə mollalarına

Ey Gəncə mollaları!Mən sizdən çox artıq təvəqqe eləyirəm ki, öz təklifinizi biləsiniz və cızığınızdan kənara çıxmayasınız.

2 мин

Стихи других поэтов