Müştərilərə
İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır.
Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.
İdarəmizə göndərilən məktublar açıq qurani xətlə, müəyyən imza ilə yazılsınlar. Tapmacalı tərəssül xəttinə təqlidən şikəstə, yəni qol-qanadı sınıq yazılar bizi çox zəhmətlərə salırlar.
Məktubun üç səhifəsini təmiz qoyub, qabaqkı yazıq səhifəyə yetmiş iki mətləb doldurmasınlar, yetmiş iki haşiyə çıxmasınlar, hərfin öz nöqtəsini öz yerində qoysunlar və elə rizə yazmasınlar ki, biz zərrəbinə möhtac olaq.
Əgər bu şərt mülahizə olunmazsa, mümkündür ki, idarəmizə göndərilən məktublara etina olunmaya.
İdarədən
“Molla Nəsrəddin”, 14 şaban 1339 (23 aprel 1921), № 6
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-musterilere
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən buna çox təəccüb eləyirəm ki, iranlıların bəzisi Nikolayı pisləyirlər ki, guya Nikolay müstəbid bir padşah imiş. Bu giley-güzarı azad millətlər eləməyə haqları var: əlbəttə, Nikolay azadlığın düşməni idi. Amma bir bunu lazımdır demək ki, aya hər sözü insafnan danışmaq lazımdır, ya başı çuvaldan. Əgər insafnan duraq danışmağa, vallah-billah, biz iranlıların Nikolayı pisləməyə heç haqqımız yoxdur; çünki adam adama deyər: “Öz alnında tiri görmürsən, xalqın alnında qılı görürsən!”.Ax, Nikolay! And olsun Allaha, mən Nikolayı qəlbimin dərin yerindən arzu edirəm.
MəşrubatDünən bir nəfərdən eşitdim ki, erməni şərabçıları rəməzan ayına biqərar müntəzirdirlər. Səbəbini soruşdum, cavab verdi ki:– Rəməzan gecələri arağın və çaxırın müştərisi çoxalır.
BəlaBu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.
Dövlətli xanımlarŞəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
Стихи других поэтов
Əcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Neylirəm gülzarı kim, sən gülüzarımsan mənimNeylirəm gülzarı kim, sən gülüzarımsan mənim,Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki