Ax, Nikolay!
Mən buna çox təəccüb eləyirəm ki, iranlıların bəzisi Nikolayı pisləyirlər ki, guya Nikolay müstəbid bir padşah imiş. Bu giley-güzarı azad millətlər eləməyə haqları var: əlbəttə, Nikolay azadlığın düşməni idi. Amma bir bunu lazımdır demək ki, aya hər sözü insafnan danışmaq lazımdır, ya başı çuvaldan. Əgər insafnan duraq danışmağa, vallah-billah, biz iranlıların Nikolayı pisləməyə heç haqqımız yoxdur; çünki adam adama deyər: “Öz alnında tiri görmürsən, xalqın alnında qılı görürsən!”.
Ax, Nikolay! And olsun Allaha, mən Nikolayı qəlbimin dərin yerindən arzu edirəm.
İndi soruşan gərək niyə və nə səbəbə arzu edirəm? İzn versən, bu saat səbəbini bir-bir qoyaram qabağına. Burada uç səbəb var:
Qulluqi-şərafətməabıva ərz olsun ki, Nikolayın səltənət dövrəsinin lap istibdad vaxtlarında yenə Rusiya millətinin o qədər hörməti və ixtiyarı var idi ki, Allah o hörmət və ixtiyarın heç olmasa yarısını biz iranlılara yanılıb qismət eləsə, papağımızı min dəfə göyə atarıq.
Canım sənə desin, Nikolay əsrində hələ Rusiyaya məşrutə verilməmiş zamanda, rusların cəmi mülki idarələri millət vəkillərinin əlində idi ki, rusca həmin vəzi-idarənin adı Zemstvodur; məsələn, kəndlərin maarif işləri, şəfaiyyə işləri, maliyyat işləri, yol işləri, (necə ki biz qazı-qazı deyirik. Fə-vayidi-amə bəd nəzər! Yum gözlərini) – bəli, bu işlər millət vəkilləri tərəfindən idarə olunurdu. Bu bir (amma barmağını yum, yadından çıxmasın).
İkincisi budur ki, şəhərlərdə Nikolayın istibdad zamanında cəmi bələdiyyə idarələri millət vəkillərinin ixtiyarında idi. Bu iki (yum barmağını).
Qaldı üçüncüsü, bunu ərz eləyim, söhbəti qurtarım (yoxsa uzun olsa, yazıqsan, yuxun qaçar).
Üçüncü də budur ki, Nikolayın əsrində, hələ məşrutədən də qabaq ədliyyə hakimlərinin cələsələrində üç nəfər nizami hakimlərin müqabilində millətin müxtəlif təbəqələrindən intixab olunmuş on iki nəfər millət vəkilləri nə yolda rəy versə idilər, rəsmi hakimlər həmin vəkillərin rəylərinə müvafiq işə əncam və fitva verməyə məcbur idilər.
Amma qorxuram başa düşməyəsən, çün görürəm əsnəyirsən.
Ax, Nikolay! Gör bəxtin necə yatıb ki, səni iranlılar da müstəbid hesab eləyirlər.
Amma öz aramızdır, Nikolayın bir böyük eybi var idi: eybi də bu idi ki, Rasputin adında bir lotunu oturtmuşdu öz yanında, səhər qayğanaq, axşam sədr düyüsundən plov və qəlyan (hələ bəlkə tiryək də). Cüvəllağı Rasputin korazehin padşahı elə təsxir eləmişdi ki, bir övqat Rusiya məmləkətinin padşahını Rasputin bilirdilər (amma Rusiyanın da evini Rasputin yıxdı).
Bu barədə istəyirdim bir söz danışam, amma vallah qorxuram. Billah qorxuram, qardaş! Zora salma, qorxuram!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 şaban, 1339 (7 may 1921), №7
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ax-nikolay
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən həmişə Məkkəyə gedən hacıların karvanını heyvan sürüsünə oxşatmışam. Bunların bir-birinə oxşarı o babətdəndir ki, hacı sürüsünün də qabağına bir çavuş düşüb bunları çəkə-çəkə aparır, heyvan sürüsünün də qabağına bir çoban düşüb heyvanları çəkə-çəkə aparır.Bunların bir-birinə bir oxşarı da budur ki, necə ki, heyvanlar çobanın dalına düşüb gedəndə bilmirlər ki, haraya gedirlər, habelə hacılar da Məkkəyə kor gedib, kor gəlirlər.
Çətin məsələQəzalarda kredit şirkətlərinin vəzifəsi budur ki, yoxsul əkinçilərə borc pul verməklə onlara köməklik göstərsinlər. Amma, –necə ki, məlum olur–həmin kredit şirkətləri yoxsullarla bərabər, bəzən qanunu pozaraq varlılara da borc pul verirlər. Hətta Tiflisdə beşinci Zaqafqaziya qurultayında da həmin məsələ ortalığa atıldı; bir para yerlərdə qoçaq kredit şirkətləri nəinki varlı əkinçilərə, hətta öz şirkətlərinin sədr və idarə üzvlərinə çoxluca paralar pay-püşk edirlər (Ağstafa).Mən başdan bu məqaləmin adını “çətin məsələ” qoydum. Məsələnin çətinliyi oradadır ki, insan bilmir nə cür həll eləsin; bilmir hansı yaxşıdır, hansı pisdir.
Xurcun və çamadanHekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Стихи других поэтов · Сатира
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Yumruq (3)(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında
Gərəkdir şahsevənlər daima bir şah sevsinlərGərekdir şahsevənlər daima bir şah sevsinlər,Nəinki binədayə rəhm edib, Allah sevsinlər.
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.