Dinsizdirlərmi Azərbaycan kəndliləri?
Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.
Aya bu doğrudurmu?
Allah eləsin sən deyən olsun.
Ancaq inanan daşa dönsün.
Doğrudur, zahirdə kənd əhalisi din və etiqada soyuq nəzərə gəlir, məscid və minbərə bir növ kəm meyil görsənir. Ancaq bu zahirdə belədir.
Bəs, batində?
Batində Azərbaycan kəndlisi hələ avamdır.
“Hələ” ondan ötrü deyirəm ki, Azərbaycan kəndlisi indi yavaş-yavaş oxumağa üz qoyubdur və təbiidir ki, dərs oxuyan Azərbaycan kəndlisi, şura tərbiyəsi və məktəb dərsinin təsiri nəticəsində mürurla dindən də, məscid və minbərdən də uzaqlaşacaqlar. Ancaq söz burasındadır ki, bu iş hələ bir müəyyən vaxt uzanacaqdır. Onunçün də biz indinin bu saatında Azərbaycan kəndlisini dindən qopmuş zənn etsək və onların içində dinsizlik təbliğatını lüzumsuz hesab etsək, onda bizə hər bir kəs korazehin ad qoysa, haqlı olacaqdır.
Onunçün də hər kəs bundan sonra bisavad motalpapaq Həsənqulunu fikri açıq və dinsizlər cərgəsində qoysa, o adam heç zad bilmir.
Doğrudur, həmin Həsənqulu binamazdır və bəlkə məscidin yolunu tanımır; ancaq bu ondan ötrüdür ki, onun kəndində namaz qılmaq və məscidə getmək adət deyil. Bircə bambılı mollanın ayağı ora düşən kimi hər bir şey düzələcək.
Məktəb, şura tərbiyəsi, bilik və təbliğat.
Məktəb, şura tərbiyəsi, bilik və təbliğat.
Vəssalam!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 30 may 1929, №22
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-dinsizdirlermi-azerbaycan-kendlileri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm.C.
Əzizim Midhət! (1924)Məktubunu aldım. Sən Bakıya gələnə qədər sənə velosiped almağa söz verirəm; bu şərtlə ki, bütün yayı fars dili müəllimindən dərs alasan. Əgər yayda Turşsuda olsan hər halda, fars dilini bilən bir adam tapıb, ondan dərs ala bilərsən. Həmçinin sən məktəb dərslərini də təkrar eləməlisən. Ənvər də həmçinin. Sən, habelə, Radiklə məşğul ol. Gərək anan səndən tamam razı olsun.Sentyabrın əvvəlində ananı Bakıya gətir.
Əzizim Həmidə! (24 yanvar 1925)Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm.
Məmməd Səid! (31 yanvar, 1925)Bakı*Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.
Стихи других поэтов · Сатира
Canın çıxsın anlayaydın həddini,Keçmiyəydin özgənin sərhəddini,
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
MüxəmməsçilərMolla dayı, işbu müxəmməsçiler,Yazmadılar şövqə gəlib şeİrlər.