Unutmasınlar
Bir il bundan qabaq eşitdik ki, Tiflisdə “Məzhər” adında türk dilində bir qəzetə çıxır.
Bir övqat keçdi dedilər ki, “Məzhər” çıxıb.
A gədə, hanı? Sən Allah, bir nüsxəsinitapın gətirin görək necə qəzetədi?
Nə qədər elədik görmədik və tapmadıq.
Bir-iki ay da keçəndən sora “Məzhər”in ikinci nömrəsini bir Allah bəndəsi gətirib verdi bizə.
Bəs bunun əvvəlinci nömrəsi hanı? Ona yalvardıq, buna yalvardıq, “Məzhər” idarəsinə adam göndərdik, hətta özgə şəhərlərdən xəbərləşdik, əvvəlinci nömrəsinə həsrət qaldıq.
Bəs hanı bunun əvvəlinci nömrəsi?
Biri deyir ki, əvvəlinci nömrəsi heç çıxmayıb, biri deyir ki, əvvəlinci nömrəsini idarə məhz bir dənə çapdan çıxardıb canişin cənablarına təqdim eliyib.
Genə bir-iki ay keçəndən sora gördük ki, aha, budur, “Məzhər”in dördüncü ya beşinci nömrəsi gəldi. Ondan sora altı ay keçdi, heç bir nömrəsini dəxi görə bilmədik.
Aşkar işdi ki, “Məzhər” qəzetəsinin sahibi özünü zarafata qoyub. Amma hər bir işdə bir zarafat eşitmişdik, ancaq qəzetə çıxartmaq işində zarafat eşitməmişdik.
İdarəmizdən hərdənbir soruşurlar ki, hanı bəs “Məzhər” qəzetəsi? Bilmirik nə cavab verək. Yazaq “Məzhər” zarafat eliyir-bunun özünü də zarafat hesab eliyəcəklər; Yazaq ki, “Məzhər” zad yoxdur – bunu da eliyə bilmərik, çünki qorxuruq birdən naqafil “Məzhər”in 1257-ci nömrəsi çıxıb keçə bir uşağın əlinə və uşaq da Tiflisin küçələrinə düşüb çığıra: “Ay “Məzhər” alan, ay “Məzhər” alan”.
Çox eyib olsun! İndi xam bir şəhərdə və uzaq bir kənddə bir yazıq müsəlmanın gözünə bir köhnə “Məzhər” nömrəsi sataşa və bu yazıq müsəlman baxıb görə ki, Tiflisdə qəzetə çıxır, adı “Məzhər” və qiyməti ildə altı manatdır.
Haman müsəlman altı manat göndərib, altı ay gözlüyüb axırda müsəlman qəzetəsi söhbəti düşəndə elə biləcək ki, elə “Tərəqqi” də, “Tərcüman”, “Vəqt” də “Məzhər” kimi bir şeydir.
Xülasə olan olub, keçənkeçib, amma bundan sora qəzet çıxartmaq niyyətində olan cavanlarımız gərək bunu bir dəqiqə də unutmasınlar ki, əgər onlar da öz maddi və mənəvi güclərini sınamamış təşəxxüs ilə meydana çıxıb axırda “Məzhər” kimi özlərini qoyacaqlar zarafata – mətbuat aləminə çox böyük xəyanət eləmiş olacaqlar.
Bunu gərək unutmasınlar.
Hələ “Tərəqqi” yazır ki, Tiflisdə bu günlərdə genə bir müsəlman qəzetəsi çıxacaq. Şəkk yox ki, bu da “Məzhər” kimi adı var, özü yox bir şey olacaq.
Lağlağı
“Molla Nəsrəddin”, 10 noyabr 1908, №45
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-unutmasinlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəzalarda kredit şirkətlərinin vəzifəsi budur ki, yoxsul əkinçilərə borc pul verməklə onlara köməklik göstərsinlər. Amma, –necə ki, məlum olur–həmin kredit şirkətləri yoxsullarla bərabər, bəzən qanunu pozaraq varlılara da borc pul verirlər. Hətta Tiflisdə beşinci Zaqafqaziya qurultayında da həmin məsələ ortalığa atıldı; bir para yerlərdə qoçaq kredit şirkətləri nəinki varlı əkinçilərə, hətta öz şirkətlərinin sədr və idarə üzvlərinə çoxluca paralar pay-püşk edirlər (Ağstafa).Mən başdan bu məqaləmin adını “çətin məsələ” qoydum. Məsələnin çətinliyi oradadır ki, insan bilmir nə cür həll eləsin; bilmir hansı yaxşıdır, hansı pisdir.
Xurcun və çamadanHekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Mədfən“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Стихи других поэтов · Сатира
Mənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
“Mehtər Nəim”əEyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Gözün aydınQəflətdən ayıl, Molla Süleyman, gözün aydın,Çatmış ramazan, yatma, ay oğlan, gözün aydın!