Qəflətdən ayıl, Molla Süleyman, gözün aydın,Çatmış ramazan, yatma, ay oğlan, gözün aydın!

Dur xəncərini sazla, yetər, eyləmə qəflət,Qarət ayı gəldi, bizə çatdı yenə növbət.Məscid döşənib, hazır olub məclisi-işrət,Tufan qoparır dudeyi-qəlyan, gözün aydın!

Əmmaməni qoy başına, gey tirməvü şali,Çiynində əba, əldə əsayi-mütəali,Yax rəngi-həna, “çornı” elə saqqalı, yali,Sür atını, çatdı sənə meydan, gözün aydın!

Bu ayda bütün yallanacaq köhnə köpəklər,Baqqal, qoçu, həp xalqı soyanlar – bığıbəylər.Ehsan edəcəklər sənə min dürlü yeməklər,Qarnın dolacaq dolma, fisincan, gözün aydın!

Gündüzləri düş meydana, hambalları yanla,İftarə çağır məscidə, et möizə, danla,Çıx çərxi-xoruztək gecələr damlara, banla,Bidar elə xalqı hər obaşdan, gözün aydın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира