Çəpər çəkməsin
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!Bəşər daha heyvanlıqdan əl çəkib,Qoruqçu otlağa çəpər çəkməsin!
İyirminci əsr – ölülər xortlayır,Görmürsənmi qoyun qurdla otlayır?Toyuq gündə bir qızıl yumurtlayır,Xoruz banlamağa çəpər çəkməsin!
İyirminci əsrdir! Axmayır qanlar,Ətəkliyən yoxdur qızsın balkanlar,Partlasa da, nə eybi var, vulkanlar,Ancaq alışmağa çəpər çəkməsin!
İnsaniyyət, məhəbbət xadimləri,Avropanın insaflı alimləri,Qoy himayə etsin bəhayimləri,Türkü qırdığıma çəpər çəkməsin!
Avropada ilbiz, siçan yeyənlər,İslamlara vəhşi, cahil deyənlər,Edam cəzasını bəyənməyənlər,Bomba qayırmağa çəpər çəkməsin!
Çox sakitdir Balkan hökumətləri,Türklərə heç dəymir əziyyətləri,Qərar qoymuş Avropa dövlətləriSerbə, Qaradağa çəpər çəkməsin!
Vicdandan dəm vuran çox ali zəvat,İddiasın edir tamami isbat,Hər nə yazır, deyir, yazsın mətbuat,Tək böhtan yazmağa çəpər çəkməsin!Rəhm etmir etməsin qardaş qardaşa,Ac qurd kimi molla soxulsun aşa,Qiyamət qopsa da, düşməsin başa,Xalqı tovlamağa çəpər çəkməsin!
Qoy başını arxayın yat, “Kəlniyət!”Yuxun gəlmir, get tiryək at, “Kəlniyət!”Heç kəsdən etmə ehtiyat, “Kəlniyət!”De bağbana, bağa çəpər çəkməsin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-ceper-cekmesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
A.P.Çexova nəzirə*Dəllək dükanıdır. Dükanın içərisindəki sağ tərəfdə olan şirəli səkinin üstünə salınmış yırtıq həsirin üzərində başaçıq oturan müştərinin üstünə qırmızı, çirkli fitə salınmış; qabağında başı keçəl balaca şagird ovuc ilə tasdan su götürüb müştərinin təpəsindən tökür və boynuna, boğazına calanırkən onun başını isladır.
Bədbəxt ailəKars və Ərdəhandan qaçıb qurtarmış bir dəstə ac-yalavac, çıl-çılpaq arvad-uşaqlar Tiflisdə müsəlmanlar məhəlləsinin küçələrində səfilsərgərdan qalmışdılar. O cümlədən beli bükülmüş ağsaqqal Həmid adlı bir kişi, qoca bir arvad ilə küçənin bir tərəfində, quru torpaq üstündə oturub on beş yaşında xəstə bir oğlan uşağının başını dizi üstünə almışdı. Qoca arvad daima xəstə çocuğun üzünə baxarkən gözlərindən axan qanlı, odlu yaşı başındakı yırtıq köhnə şal ilə silirdi.Xəstə çocuq bənizi saralmış, qızdırmadan ləhləyirdi. Tez-tez kəsik-kəsik nəfəs alırkən çox-çox öskürürdü. Dodaqları quruyub, üzünün qənələri incəlmişdi. Bihuşluq halında düşmüş xəstə titrək, zəif səslə:
Qaragünlü HəliməQış fəsli idi. Təqribən gecəyarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən soyuq külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi. Neçə gündən bəri arasıkəsilmədən eşidilməkdə olan top gurultuları bir az yavaşımışdı. Get-gedə hava işıqlanıb günəş ziyasının müqəddimətilceyşi ətrafdakı dağların zirvələrində nümayan oldu. Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi. Qohum-qonşuları, heç kəs, heç kimsənin yadına düşmürdü. Hər kəs öz canının qeydində, hər kəs öz başının harayında idi. Anbarlara, tayalara od vurulmuşdu. Şiddətli küləyin zərbəsindən yanğın anbaan artmaqda idi. Bir neçə saat ara vermiş top atəşi yenidən fəaliyyətə başlamışdı. Peydərpey atılan top qumbaralarının düşüb partlamasından hər tərəfdə bir atəş tufanı vücuda gəlmişdi. Bir az fasilədə şəhər bom boş boşaldı. Getməyə qüdrəti olanlar təmamən qaçıb dağıldılar. Yalnız bəstəri-ehtizarda bulunan yetmiş yaşlı Hacı Nuru kişinin əyalı Həlimə kəsrəti-hüzn və kədərindən çıldırmaq dərəcəsinə gəlmiş ikən əzizliklə böyütdüyü balalarını xilas etməyi düşünürdü. Ancaq ağlına bir şey gəldi: belə ki, qorxudan titrəyib dili tutulmuş, çığırışan on yaşlı Zeynəb adı qızının və altı yaşlı Əhməd adlı oğlunun əlindən tutub evlərinin zirzəmisinə apardı. Sonra oranın döşəməsi üzrə təbiyə edilmiş bir taxta qapını qaldırıb titrək bir səda ilə: “Burası pək əski bir lağımdır, mədxəli bura isə, məxrəci məmləkətimizin içərisindədir. Allaha əmanət olasınız, balalarım, bu yol ilə gediniz, hər halda bir tərəfə səlamət çıxarsınız ümid edirəm” – deyə Həlimə geri döndü.Zavallı çocuqlar qorxudan nə lağımın içərisinə girməyə, nə də analarının yanına qayıtmağa cürət edirdilər. Cansız bədən kimi hərəkətsiz qalmışdılar.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Стихи других поэтов · Сатира
О, свет очей моих, правдивый — не назовет тебя луной!Ее красу несправедливо сравнить с единственной, с одной!
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Lisan bəlasıEy dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.
LəzgiNə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.