Ey mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!

Tez gəl, yetiş, öldürdü bizi həsrətin, ey mah,Bir bizdən ötrü həq səni xəlq eylədi, billah.Bilməz də sənin qədrini bu ümməti-gümrah,Qurban sənə bu şeyx əminin canı, orucluq.

Hümmət yağıyor Maştağaya indi sərasər,Qalmaz toz içində dəxi mehrab ilə minbər,Quldur qoçu, cibgir, beçəbaz, dinçi iyidlərTəmir qılır məscidi-viranı, orucluq.

Çıx parla, yetər, aç üzünü, ey məhi-taban,Əmmaməli, üryan lotular açmağa meydan.Dikmiş sənə həsrət gözünü silsiləcünban,Ta xalqı soyub doldura həmyanı, orucluq.

Verrəm qəsəm öz şəninə xəllaqi-cahanı,Alsın nəzərə mollaları, mərsiyəxanı,Bir il eləsin, kaş bu bir ay rəmazanı,Tutsun bütün hər ölkəni, hər yanı orucluq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке