Sevdiyim
İllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.Neçə hicrət, bəla, cövrü cəfadan,Heyf ömrüm getdi zaya, sevdiyim.
Aşkar deyil, mənim dərdim pünhandı,Firqətindən eşqi çeşmim rəvandı,Malım, mülküm, cümlə canım qurbandı,Sənin təki mehliqaya, sevdiyim.
Lütf elə aşiqə vəfa qıl vəfa,Ay qəmzəli yağı, gözləri şəhla,Səni məndən hər kim qılarsa cida,Görüm düşsün yüz bəlaya, sevdiyim.
Ağlamaqdan çeşmim qaldı ziyadan,Bizə meyi et, kəs ülfətin riyadan,Tanrı səni hifs eləsin bəladan,Qail ol sən bu Mövlaya, sevdiyim.
Valehəm, eşqindən ey şuxu leyla,Səni sevdim, oldum aləmə risva,Aşiqəm, yolunda çəkmişəm cəfa,Yarın qıyma bu cəfaya, sevdiyim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-sevdiyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Tutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Гульшан-и раз, глава 52حدیث زلف جانان بس دراز استچه میپرسی از او کان جای راز است