Söhbət aç
Aşıq Feyruz, kamalına badə ver,Üç altının diyarından söhbət aç.Çahar, şeşin mə`nasını yozgilən,Həfti pəncin bazarından söhbət aç.
Otuz altı hansı bağman bağıdı?Yetmiş iki hansı bina tağıdı?Eşqin bağı hansı məhsul yağıdı?On dörd alim güzarından söhbət aç.
Aşıq Valeh yol açmadı dərinə,Hansı hesab tapmamısan sərinə,Qol bağla gəl, kamil ustad dərinə,On beş aləm baharından söhbət aç.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-sohbet-ac
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yavaş-yavaş
İsmimi söyləsən, sərsəm edərsən,Başına gələni bil yavaş-yavaş.
VarFeyruz, söylə İstambul paşasına,Qarabağın çox dəyərli adı var.
Var olsunSənət meydanında ismi xar olan,Bir əlif de, onda cahan var olsun,
Təcnis: Adəm ata üçün fərman enəndəAdəm ata üçün fərman enəndə,Yetmiş iki millət söylər aman hey,