Yaxşıdı
Yol keçibən ziyarətə gedənlər,Bir yetimi sevindirmək yaxşıdı.Nə lazımdı zəhmət çəkib yol getmək,Ac, çılpağı geyindirmək yaxşıdı.
Mən bilirəm şöhrət üçün gedirlər,Uzun yollarını gödək edirlər,Axır gəlib füqəranı didirlər,Düz insanın xeyrin desək yaxşıdı.
Valehəm mən, düzdü vəfam, ilqarım,Bir kimsəyə yoxdu mənim azarım,Qismət olsa mənə öz Zərnigarım,Zər-zibaynan sevindirsəm yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-yaxsidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zərniyar:**O necə şəhərdir, on iki bazar,
Aşıq Qənbərlə aşıq Valehin deyişməsiAşıq QənbərDeyirlər sənəti tövbə etmisən,
Aşıq Valehin Qənbərə cavabı(birinci cavabı)Sən tək təbibin gözləri azarə düşərmi,
Aşıq Valehin Qənbərə ikinci cavabı(ikinci cavabı)Bu təbi-təbabətliyi bir kəs bilə haşa,
Стихи других поэтов
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Yardımlıya qonaq gəlinYardımlıya qonaq gəlinO, nağıldı, rəvayətdi.