Zərniyar:O necə şəhərdir, on iki bazar,Qırx səkkiz məhəllə, üç küçəsi var.Üç yüz altmış altı hücrəsindədir,Altı yüz iyirmi min həm xacəsi var.

Valeh:Bir ilin içində on iki aydır,Qırx səkkiz həftəsi, üç bayramı var.Üç yüz altmış altı gün hesabıdır,Altı min yüz iyirmi vaxt namazı var.

Zərniyar:O necə şəhərdir, on beş çırağı,Doqquz bağbanı var, on iki bağı.Müttəsil pərgardır onun otağı,Qapısın açanın nə ixlası var?

Valeh:Suliddin, Firuddin on beşdir hamı,Doqquz yol oğludur on iki imamı,Müttəsil pərgardır cənnəti, damu,Möminin behiştdə çox ixlası var.

Zərniyar:Altı min yüz iyirmi onun dükanı,On yeddi mənzildir yarın məkanı,Necə pəhləvandır, yaxlayan onu?Tap görüm, sözümün nə mənası var?

Valeh:Altı min yüz iyirmi namazdır bir il,On yeddi rikətdir bir gün, yəqin bil,Yeddi əzan yerə dəyər mütəssil,Mən deyim sözümün bu mənası var.

Zərniyar:Altı min, altı yüz, altmış altıdı hacı,On dörd ovçusu var, var onun gücü,Səkkiz min altı yüz qırx dörd kərpici,Onu yalqız yapanın nə bənnası var?

Valeh:Altı min, altı yüz, altmış altıdı ayə,On dörd səcdə tapar, onda hidayə,Səkkiz min altı yüz qırx dörd sühayə,Onu yalqız yapanın bir Allahı var.

Zərniyar:Yüz on dörddə yəqin eylərəm şükür,Yüz bir dərviş orda eyləyər zikir,Bu Zərniyar sənə çəkər bir fikir,Şəfiəl məzlum tək həm ağası var.

Valeh:Yüz on dörddür yəqin sureyi-Quran,Yüz bir təsbeh edər zikri ya sübhan,Valehə kömək ol, ya Şahi-Mərdan,Bu əmrdə küllü müddəası var.”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов