Əhli-zamanə səy həmişə təlayədirTə'miri-mülk ü zinəti-qəsr ü sərayədir

Mənzurdur müdam əyalın əziz edəŞövqi tamam zivər ü xanü qizayədir

Şayəd dəxi tərəqqi edə hirs atəşiƏndişeyi-mənyələri kimyayədir

Amma bilün o hirs ilə məhrumdur yəqinZira muradı əksi-mədari-qəzayədir

Həqqa ki seyli-ömr dəmadəm gəlib gedibOl binəva havayə baxur, sər havayədir

Dibə geyib, xəz ilə təbəxtür cəlalətiGuya onun məratibi çox binihayədir

Dünya nədir ki surəti dünya cinasdırDünya tələb müxalifəti ənbiyayədir

Xəz bilmərəm nə fəxrdir, ey fa-dan süqutBir nöqtədən xəli ola, xərdən kinayədir

Fəxr eyləyən fəxarəti fəqr ilə eyləsünZira ki fəqr əşrəfi-məcmu' payədir

Fəxr eyləmə təəddüdi-mal ü cəlalivəVeylün-likülli ayəsi vafi hidayədir

Bağ ü zürü' qəsrinə məğrur olma, gəlQur'an içində kəm tərəku gör nə ayədir

Səndən qədim gör nə qədər əğniya gəlibOnlar qamusi-ibrət üçün əğniyayədir

Vahəsrəta nəvası çəkib qəbrə getdilərTa həşrəcən bu həsrətə ah ü nəvayədir

Ya leytəna cahanə gəlidik dübarə bizOlmaz dəxi məcal, bu zəng dərayədir

Sərmayə etmə mali-cahanı, biradəraMali-cahan fanidir, lağvü mayədir

Dünya tələbdə sayeyi-himmət görünmüyübZira ki sayə layiqi-şani-həmayədir

Dünya tələbdə gər kəsi xəslət bürüz edərÇeşmi müdam cifeyi-şah ü gədayədir

Səd mərhəba o şəxsə rizayi-xuda üçünŞövqi müdam zikrü səna vü duayədir

Pərvərdigari-aləmə hər dəm hazar şükrBir Didəyəm, təvəkkülüm ancaq Xudayədir

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов