İstərəm
Abdulla xan, sarayına üz tutub,Ərzimi məktubda demək istərəm.Baxtım yatıb, işim düşüb müşkülə,Gözümün yaşını silmək istərəm.
Dərd əlindən çəkilmişəm pünhana,Az qalıb kədərdən ürəyim yana.Salıbdılar məni şərə, böhtana,Nə yaşamaq, nə də ölmək istərəm.
Binəva Valehəm, el harayında,Min matəm oxunur can sarayında,Ömürüm zülmətdir qəm diyarında,Əhvalım yamandır, kömək istərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-isterem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Bayatı-tapmacalarAşiqəm mən bir ata,Bir oğula, bir ata.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları