Keçibdir
Sambur çayı, qəmli-qəmli axırsan,Üzərindən nə dövranlar keçibdir.Külli Dağıstanın seyrangahısan,Tufan qopub, nə boranlar keçibdir.
Nuh tufanı yatıb, sən yaranmısan,Neçə qərinələr yola salmısan.Süleymanlar görüb, hələ qalmısan.Dəyişilib nə əyyamlar keçibdir.
Həsrət qoyma, ay çay, bizi beş günə,Barı kəmənd atma ömrüm köşkünə!Adı bəlli, böyük haqqın eşqinə,Valeh kimi neçə canlar keçibdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-kecibdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Örpək bağladılar sərhəddə, baba!işığı zülmətə dəyişdi, qızlar.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Gəzən yerləriSəkənəm qürbətdi, ismim filankəs,Bü gün gördüm canan gəzən yerləri.