Örpək bağladılar sərhəddə, baba!işığı zülmətə dəyişdi, qızlar.Gün elə yandırdı Məşhəddə, baba,Görüb qayıtdılar “behişti”, qızlar.

Bu tayda çadraya meydan oxudu,o tayda çadraya bürünən qızlar.Nazı, nəzakəti, eşqi, ülfəti,Nigardan, Həcərdən öyrənən qızlar.

Məscidlər torpağı bəzəyirdilər,biz qədəm basmışdıq əhd-peyman üstə.Gendən-pinqvinə bənzəyirdilər,çadralı qadınlar dikdaban üstə.

Qohumlar tapışıb qovuşurdular,tanınmaz olmuşdu, yad idi qızlar.Susub bir-birinə baxışırdılar,gizli fəryad idi, dad idi qızlar.

Məni bağışlasın ulu Şəhriyar,qopartdım yaramın közünü, ustad.Millət anasıdır bizim analar,o kimdən gizlədir, özünü, ustad?!

O, sənə süd verdi döşündən, şair!ana övladına yad ola bilməz.Biz iki torpağıq,bir vətən, şair! –

böyük Azərbaycankiçilə bilməz!

Bir Bakı qızıyla Təbriz qızını,Tanıya bilmədim Danışqahda¹ mən.Çadra birləşdirir,sərhəd ayırır,ədalət bu isə, neyləsin vətən?!

Təbriz, 1990

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине