Mən öz ürəyimdə bulaq görmüşəm,İnsan ürəyindən su içir, həkim.Deyirsən vaxt gərək sağalmaq üçün,Vaxt gəlib keçincə, yaş keçir, həkim.

Məhəbbət hər yaşda deyir sözünü,Tutulan bulağın açır gözünü.İstər as özünü, öldür özünü,Ürək bəyənsə də, göz seçir, həkim.

Bir gözəl yolumdan məni saxlayır,Bir sinə söz deyib sinə dağlayır,Deyirəm xəstəyəm, ürək ağlayır,Mənim əvəzimə dil açır, həkim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов