Əgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.

Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.

Pulların vəziri götürür prokuror cənablarına bu məzmunda şikayət verir: “Müttəfiq Şuraların dekreti mövcubincə Zaqafqaz pulları gərək sair pullar cərgəsində işə keçsin, bu qədər var ki, Elektrotok idarəsi həmin pulları götürməkdən üz çöndərməklik edən surətdə təzə Şuralar İttifaqının pul birliyi binagüzarlığı yarımçıq qala bilər”.

Bunun qabağını almaq üçün pul vəziri iltimas edir Elektrotok idarəsinin həmin işi müqabilində məhkəmə qurulsun, ta ki, müqəssirlər orada cavab verməyə çalışsınlar.

“Yeni yol”, 17 fevral 1923, №7

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира