Göyə çıxdı
“Bu vaxta kibi uçuruma düşüb məhv olanŞeyx Sənan və Xumarı təzə rejissor bu axırvaxtlarda hökumət teatrosunda göyə meracetdirmişdir”.
Axırda dünən səhnədə Sənan göyə çıxdı,Talan olunub din ilə iman, göyə çıxdı.
Meraca qədəm qoydu Xumar ilə bərabər,Birləşdi o dəm can ilə canan, göyə çıxdı.
Gördüm neçəsin zalda gedən dəmdə özündən,Bir dəstə “cayıl”, gözləri giryan göyə çıxdı.
Məclisdə yaxarkən evini Şeyx Kəbirin,“Qalyorka”da bir dəstə müsəlman göyə çıxdı.Saldıqda xaçı boynuna ol şeyxi-müqəddəs,Dal cərgədə çarşaflı Tükəzban göyə çıxdı.
Dərd anbarı Sənan – Şərifzadə uçarkən,Düşdü zala “nırçıltı” və Əfqan göyə çıxdı.
Verdikcə xodu ləhceyi-davuduna “Bülbül”,Qaçdı yuxusu, Kəlbə Miraslan göyə çıxdı.
Güldürdü doyunca barı məxluqu “Şaraplı”,Bir dəstə çocuq, xeyli xuraman göyə çıxdı.
Meraci-Nəbinin özüm əfsanə sanırkən,Bildim bu tamaşada ki hardan göyə çıxdı.
Gər səhnədə Sənan göyə çıxdıysa, yəqinənDüzdür deyilir təxti-Süleyman göyə çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-goye-cixdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Dəng olduqBəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Demədimİşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Əsrimizin qəhrəmanları(Dörd pərdədə roman)“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış
Стихи других поэтов · Сатира
Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Madam ki, hamiyani-zülmətЕсли тем, кто заодно с темнотой,Не угодно этот сон прекратить,
Maddeyi-tarixYatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,