Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?

Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən;Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən.Ta hər işin o şəxsin məxluqa bildirirsən.Bir biclik etməyir xalq icad sənin əlindən;Bir gün olurmu millət azad sənin əlindən?

Dəllək dükanın etdi bir kəs qumar yuvası;Yaxşı mədaxil aldı, yüksəldi iştəhası;Yazdın onu qəzetdə, dağıldı hər əsası,Çox keçmədi ki, oldu bərbad sənin əlindən;Bir gün olurmu millət azad sənin əlindən?Biçarə Vamiq oldu avara öz elindən,Məcnunu sən ayırdın Leyli kimi gülündən,Hətta bu cür deyirlər, bir ravinin dilindən:Başın daşa çalıbdır Fərhad sənin əlindən;Bir gün olurmu millət azad sənin əlindən?Hərgah sən olmasaydın hər kəs işin bilərdi;Birsi adam soyardı, birsi cibə girərdi;Firon hələ min il də Allahlıq eyləyərdi.Gizləndi qəbr evində Şəddad sənin əlindən;Bir gün olurmu millət azad sənin əlindən

Qorxudan indi xalqın gizlənmək oldu şuğlu;Ölsən, kəsər xəlayiq qurban beş-altı toğluYıxdın evin bu xalqın, adə, a zalım oğlu!Vallah, camaat olmur dilşad sənin əlindən;Bir gün olurmu millət azad sənin əlindən?Təngə gəlib xəlayiq, fəryad sənin əlindən!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yada düşdü

Gördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.

1 мин
Yaşamaq

Gözümdə büsbütün aləm məzara bənzərkən,Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.

2 мин
Əvvəlinci məclis

Vaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir:S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb!

11 мин
İkinci məclis

Vaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub.S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm,

15 мин

Стихи других поэтов · О родине