Yada düşdü
Gördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Bir lalə yetişmişdi bu viranə çəməndə,Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;Aldı fələk əldən onu, yarım yada düşdü.
Bağlandı könül bir gülə, səs tutdu mahalı;Guya ki, bu dünyada qan oldu, qada düşdü.
Söz verdi, sözün tutmadı, and içdi, unutdu;Bəlkə, deyirəm, yar usanıb innada düşdü?
Bəxt onda ki, paylandı, biri çatmadı payə,Dünyada o bədbəxt də bizim bərbada düşdü.
Bir ovçu kimi göldə gözəl bir sona vurdum,Çaldı qanadın göydə, gedib dəryada düşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-yada-dusdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,Ürək süqut eləməz aldığı mətanətdən.
Azərbaycan bayrağınaBuraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
BaharNovbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.