Şəhərdə “süründürmə” deyilir.

Kənddə “uzandırma” deyilir.

“Süründürmə”nin mənasını dəxi hamı bilir: çünki qəzet sütunlarında bu ləfzi xeyli vaxt yazdılar. Amma “uzandırma” təzə istilahdır. Bu da kənd istilahıdır.

“Uzandırma”nın mənası budur ki, aşağıda təfsir olunacaqdır.

Məlumdur ki, qəzalarda, çox yerlərdə “kredit cəmiyyəti” təşkil olunubdur. Bu təşkilatlardan məqsəd zəhmətkeş kəndlilərə puldan və kənd təsərrüfatında lazım olan mayəhtacdan yana əl tutmaqdır ki, dəxi kəndlilər məəttəl qalmasınlar və keçmiş əsrlərdəki kimi sərmayədar hörümçəklərə özlərini satmasınlar.

Amma!..

– Ax, nə olaydı ki, dünyada bu zalım oğlu “sabah yox, biri gün” olmaya idi!

Burada bir az təfsilat lazımdır.

Girəm ki, Şura hökuməti zəhmətkeş əkinçilərə əl tutmaq üçün bir belə kredit cəmiyyətini düzəldib və kəndlərə çoxluca pul və mal göndərib ki, kəndlilərə əlverişli şəraitlə təqsim olunsun.

Xub, o – Şura hökumətidir. Amma mən də bu kredit cəmiyyətində müdirəm; yəni padşaham. Əgər mən kəndlilərə xəbər versəm ki, bəli, ayın on altısında çərşənbə günü, məsələn, pambıq avansı, yəni pambıq pulu verəcəyəm və həmin gün uzaq kənddən pambıq əkinçiləri payipiyada gəlib, məəttəl olub, pul almayıb qayıtdılar və sabah da belə, biri gün də belə, – buna kəndli istilahında “uzandırma” deyilir.

Bu sözləri qoca Molla əmi zehin ilə yazmır ha! Öz gözü ilə görəndən sonra yazır. Və bu beşinci şura seçkisində intixab olmuş təzə şuralara qoca Molla əminin də tək bircə vəsiyyəti budur ki, bundan sonra, ələlxüsus pambıq əkini dairələrində bu “uzandırma” ləfzinin kökünü elə qazsınlar ki, dəxi gələn ilki şura seçkisində mənim dəxi belə gileygüzarıma bir bəhanə qalmasın.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 aprel 1927, №15

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Həmidə! (Moskva, 9 oktyabr 1924)

Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.

1 мин
Əzizim Həmidə! (1924)

Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın.Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəllimin pansionunda qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü bütün ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı).

1 мин
Əzizim Münəvvər! (1924)

Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm.C.

1 мин
Əzizim Midhət! (1924)

Məktubunu aldım. Sən Bakıya gələnə qədər sənə velosiped almağa söz verirəm; bu şərtlə ki, bütün yayı fars dili müəllimindən dərs alasan. Əgər yayda Turşsuda olsan hər halda, fars dilini bilən bir adam tapıb, ondan dərs ala bilərsən. Həmçinin sən məktəb dərslərini də təkrar eləməlisən. Ənvər də həmçinin. Sən, habelə, Radiklə məşğul ol. Gərək anan səndən tamam razı olsun.Sentyabrın əvvəlində ananı Bakıya gətir.

1 мин

Стихи других поэтов · Сатира