Vallah, billah, bu ingilislərin qanı artıqlıq eləyir. Kişilərin gözü gör necə qızıb ki, bir-iki nəfər ingilis təbəələrini Çində mühafizət etmək bəhanəsilə milyon nüfuslu şəhərləri topa tutur, neçə minlərlə günahsız fəqir-füqəranı tələf edirlər.

“Mədəni” amerikalılar da ingilislərlə bu işdə əlbirdilər. Amma, mollalar demişkən, bu işin axırı yoxdur; çünki yenə mollalar demişkən, dünya belə qalmaz.

Sən bu gün İranın başına çöküb onu sahiblənmək üçün cürbəcür hiylələr düzəldirsən. Sabah Misri, Hindi, Ərəbistanı, Afrikanı qarışdırırsan ki, oradan özün üçün mənfəət aparasan; biri gün Çinə əl uzadarsan ki, oranı bir girişməyə udub yeyəsən və lazım olanda da xalqın şəhərlərini oda tutub yandırırsan. Amma mən sənə cürətlə deyirəm ki, sən qəflət yuxusundasan; o səbəbə ki, Sədi də deyibdir: hər bir meşəni sən xali hesab etmə, çünki orada şayəd pələng yatmış ola.

Onu gərək biləsən ki, Şərqin milyard əhalili məmləkətlərində çox-çox pələnglər yatıbdır ki, sən indi onları qəddar zülmlərinlə yuxudan oyadırsan.

O necədir ki, bu pələnglər bir gün oyanalar və gözlərini cəhalət yuxusundan açıb sənin onlarla rəftarını dərk edələr. O vədə qorxuram peşman olasan: çünki hər bir dəyirman tərsinə də işləyə bilər və sən indi məzlumlara tərəf tuş etdiyin atəşin toplar və tüfənglər o vaxt sənin öz üstünə qayıda bilər.

Bəhərhal, inqilab pələnglərindən bir az ehtiyat etməlisən!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 2 aprel 1927, №14

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Məmmədəli! (1911)

Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.

1 мин
Əzizim Məmmədəli!

Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.

1 мин
Həmidə! (1911)

Yevlaxa çatdım. Yolda Şamil bəy Vəzirova dəydim... O söz verdi ki, bizim başladığımız işdə yaxından iştirak edəcək və mən əminəm ki, onun bizə çox böyük köməyi dəyəcək.Bərdədə bir neçə nəfər adam heç gözləmədiyim halda Molla Nəsrəddinin dostları çıxdı. Hələ Şamil bəyin yanında olanda bir nəfər bəy Mollaya ehtiramını bildirməyə gəldi, sonra karvansaraya Səfərov adlı birisi gəldi, özü də Şuşadandır, böyük bəzzazdır. Bilmirəm Molla Nəsrəddinə bu şöhrət birdən-birə haradan üz verib.

1 мин
Mənim əzizim Həmidə!

dekabr (1911)*Tiflis 17*

1 мин

Стихи других поэтов · Сатира