dekabr (1911)

Tiflis 17

Ələkbər dünən yola düşdü. Göndərdiyin 100 manatı aldım. Manyaya da 7 manatı verdim, özü üçün uzunboğaz çəkmə aldı.

Biz hamımız sağ-salamatıq. Uşaqların həmişəki kimi kefi kökdür. Ənvər adam tanımağa başlayıb və elə hey gözləri məni axtarır. Məni o birilərdən seçir. Mənə belə gəlir ki, ona mənim bığlarım xoş gəlir.

Abunə işi yavaş-yavaş gedir. Sən istəyirsən ki, mən Midhətlə ora gəlim. Amma, Həmidə, gör sənə nə deyirəm: bu gün dekabrın 17-si, şənbə günüdür. Mən çalışıb 45-ci nömrəni çapa göndərmişəm. İndi İsmayıl material gözləyir ki, tez o biri nömrəni çap eləsin. Mənim çalışmağım ona görədir ki, ilin axırınadək 48 nömrə göndərim. Bu da o zaman mümkün olar ki, həmişəkindən artıq işləyək. Deməli, əgər mən dekabrda çıxıb getsəm, jurnalın nəşri dayanar və bu həm çox yersiz olar, həm də abunə babətdən əl verməz.

Bax, mən belə məsləhət görürəm: tezliklə, axı, pambıq qurtaracaq. Gürcüləri yola sal getsinlər, anbarları möhürlə, işləri bir adam tapıb tapşır və dekabrın axırı üçün çıx gəl bura. Biz də sənin üçün darıxırıq. Vallah, evdə sənin yerin görünür. Bir də, axı, qışda Tiflis, ümumiyyətlə, yaxşı olur.

Əgər gələ bilməsən, onda gərək iki şeydən biri olsun: ya gərək mən münasib bir vaxtda jurnalı atıb gələm, ya da gərək ən tezi yanvarın 10-dan sonra gələm. Hansını istəyirsənsə, özün seç. Sən nə zaman tələb eləsən, mən onda uça-uça Həmidəmə özümü çatdıraram.

Uşaqlardan nigaran qalma. Özünü gözlə və çox da ciddi məsələlərlə məşğul olma. Dəyirmana gəldikdə, mənim fikrimcə, Şidlovskidən əl çəkməyin və turbin əvəzinə dəyirmanı başqa cür qurmağın mənası yoxdur.

Kağız yaz. Hamımız səni qucaqlayıb öpürük.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Nə eləmək?

Duma da ki, belə oldu.İndi bəs nə eləmək?

3 мин
Tərəqqi əlamətləri

Keçən rəbbiyəl-əvvəl ayının 18-də saat xoş olmağa səbəb Qafqaz müsəlmanlarının içində iki xeyir iş əmələ gəlib: biri Kürdəmirdə, biri Tiflisdə. Kürdəmir müsəlmanları bu məzmunda bir razılıq kağızı yazıb, hökumətə pişnəhad ediblər: “Biz, Kürdəmirdə sakin olan müsəlmanlar, Kürdəmirdə beşinci duxanın açılmağına razıyıq; çünki burada olan dörd dənə duxan bizlərə kifayət vermir. Və bu barədə qol qoyuruq”. Tarix flan və qırx dörd müsəlmanın imzası.Tiflis müsəlmanları da yazdıqları razılıq kağızı bu məzmundadır: “Ax, keçən günlər! Doğru deyiblər ki, “keçən günə gün çatmaz”. Hanı o günlər ki, bizim gözəl məhəllədə, Sumbatov küçəsində fahişəxanalar başdan-başa düzülüb, məhəlləmizi zinətləndirirdi: gələn, gedən, fayton, alış-veriş… Xülasə, bir şənlik idi ki, şəhərimiz həqiqətdə London şəhərinə bir təpik də vurmuşdu. Amma Allah baisin evin yıxsın! O gözəl, nazənin-sənəm, sərvqəd və laləüzar qonşularımız məhəlləmizdən köçəndən bəri məhəlləmizdən xeyir-bərəkət də bilmərrə köçüb. Bu səbəbdən biz müsəlmanlar canü-dildən razılıq izhar edirik ki, fahişəxanalar dübarə bizim məhəlləyə təşriflərini gətirsinlər”. Tarix flan və altmış müsəlmanın imzası.

2 мин
Qoloşapova

Ey yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?..Məgər bu, onun əvəzidir ki, Rusiya dövləti bina tutandan indiyə kimi hər bir müsəlman küçədə getdiyi yerdə bir rus görəndə tez qaçıb düşüb onun ayaqlarına və deyib: “Fəda olum sənə, ey rus”?

2 мин
Qoloşapovun geri çağırılması

Şuşadan çəkilən teleqrammadan oxucularımız görəcəklər ki, general Qoloşapov Şuşadan geri çağırılıb. Qoloşapovun əzl olunmağının əhvalatını nağıl etmək istəyirəm.Kişinin çörəyinə bais müfti və şeyxülislam cənabları bir tərəfdən, bir tərəfdən də Dağıstan müsəlmanlarının nümayəndələri oldular. Müfti və şeyxülislam cənabları faytona minib, sərdarın yanına Qoloşapovdan şikayət etməyə gedəndə mən də orada idim. Nə qədər dedim getməyin, gəlin bu daşı ətəyinizdən tökün – mənə qulaq verən olmadı. Axırı müfti əfəndi mənə cavab verdi:

3 мин

Стихи других поэтов