Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən. Mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ, təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.

Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).

Bu səbəbdən sənə mən bu gün həmin kağızın içində 350 manata bir dənə çek göndərdim. Əgər əlində abunə pulu olmamış olsa, ya az olsa, bankdan bu pulları al və ayın on beşini keçirməyib vekselləri çıxart. Bu şərtlə ki, abunə pullarından 350 manat düzəldən kimi aparıb haman Voljski-Kamski banka genə Həmidənin adına qoyasan. Bu barədə, söz yox ki, yazarsan.

Evdən və uşaqlardan əhvalat yaz görək necədirlər?

Cəlil

İsmayıla salamım var. Mirzə Əliyə habelə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məmmədəli! (1911)

Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram.Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.

1 мин
Məmmədəli! (1911)

İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.

1 мин
Əzizim Məmmədəli! (1911)

Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.

1 мин
Əzizim Məmmədəli!

Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.

1 мин

Стихи других поэтов