İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.

Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.

Bizim aşağıdakı qonşuların qızları ilə altı manat göndərdim. Bu pulu haman saat zəhmət çəkib yetirərsən Yekaterina Nikolayevnaya. Məhəmmədhəsən bilir harada olur. Əgər Məhəmmədhəsən uzaq olsa, sən özün tap ver ki, çox və çox vacibdir. Əlbəttə, təxirə salma. Yeri belədir: Sudebni küçədən bir küçə dönür sol tərəfə, Zubalovski küçədir. Nömrə Z. Zubalovun yersizlər üçün tikdirdiyi imarətin sağında, alt mərtəbədir. Zubalovski, № 3.

Poçta pul varsa, biletlə povestkaları göndər. Mərdanovdan üzr istə və söz ver ki, bu günlərdə verərik.

Qəzetləri göndər. Vacib əhvalat olsa yaz və vacib kağızı göndər.

Münəvvəri çox teatr və gəzməyə məşğul eləməyinə mən səndən narazıyam. Münəvvərdən yerdən-göyə kimi incimişəm. Səni də hələ başa düşə bilmirəm. Allah axırını xeyir eləsin.

Mənə kağız yazanda altı manatın sənə vüsulunu və yerinə yetirməyini yaz.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

VI şuralar qurultayı

Altıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir.Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar.

1 мин
İşçi teatrı

Axır vaxtlarda belə qulağıma çatır ki, guya Türk-işçi teatrı ilə Opera teatrını dəyiş-düyüş eləmək istəyirlər. Guya istəyirlər Türk-işçi teatrını Opera teatrının binasına köçürtsünlər, Opera teatrını da bulvardakı Türk-işçi teatrının səfalı binasına köçürtsünlər.Hər kəs nə deyir-desin, mən ki deyirəm, əgər bu iş baş tutsa, iki tərəf də, yəni bu teatr da və o teatr da qazanar.

1 мин
Yemək bayramı

İnsanlar həmişə Allahı aldatmaqda olublar, amma Allah da onların fəndini çoxdan duyubdur.Götürək bu bayrambazlığı: indi də pasxa bayramı yavuqlaşır və xaçpərəstlərlə yəhudi millətləri pasxaya hazırlaşmaqdadırlar.

1 мин
Heyvan sürüləri

Mən həmişə Məkkəyə gedən hacıların karvanını heyvan sürüsünə oxşatmışam. Bunların bir-birinə oxşarı o babətdəndir ki, hacı sürüsünün də qabağına bir çavuş düşüb bunları çəkə-çəkə aparır, heyvan sürüsünün də qabağına bir çoban düşüb heyvanları çəkə-çəkə aparır.Bunların bir-birinə bir oxşarı da budur ki, necə ki, heyvanlar çobanın dalına düşüb gedəndə bilmirlər ki, haraya gedirlər, habelə hacılar da Məkkəyə kor gedib, kor gəlirlər.

1 мин

Стихи других поэтов