Nə eləmək?
Duma da ki, belə oldu.
İndi bəs nə eləmək?
Duma yenə bir məşğuliyyət idi; hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub, günümüzü bir tövr keçirirdik.
Bu da ki, axırda belə oldu.
İndi bəs nə eləmək?
Bu barədə yoldaşlarımıznan çox fikirləşdik; fikirləşdiksə də bir yana çıxarda bilmədik. Ondan ötrü bir yana çıxarda bilmədik ki, hər birimizin rəyi bir cürdü.
Məsələn, deyirəm, ay yoldaş Mozalan, sən də bir ağıllı kişisən, bir de görək, duma ki, dağıldı, indi camaat bəs nə eləsin?
Gör evi xarab Mozalan mənə nə cavab verir, deyir ki:
– Camaat indi gərək yatsın.
Deyirəm:
– Ay qardaş, sən Allah, belə damnan düşmə sözlər danışma; xalq eşidib səni məzəmmət elər.
Evi xarab, elə haman sözünün üstündə durub ki, durub; deyir:
– Camaat indi gərək yatsın.
Sonra üzümü Lağlağıya tutub onun rəyini soruşdum. Zalım oğlu zalım, vaqeən lağlağı imiş. Mən ondan bir müxtəsər söz soruşuram, o gör mənə nə cavab verir:
– Raviyani-əxbar və naqilani-şəkkər şirin göftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, bir qurd var idi və bir neçə də xırda-mırda, balaca, zəif, fəqir və biçarə, sahibsiz və köməksiz, ac və susuz, yetim-yesir quzu var idi. Bir gün qurd quzuların yanına gəlib… Lağlağının sözlərini kəsib dedim:
– Get bala, get nağıl deməyinə, sənin əlindən nağıl deməkdən savayı özgə bir iş gəlməz. Get, duma məsələsi sənin xörəyin deyil.
Lağlağı da belə getdi.
Növbət Hərdəmxəyala yetişdi. Deyirəm:
– Ay yoldaş, barı sən mənə de görüm, duma ki, dağıldı, indi camaat nə eləsin?
Bu rəhmətliyin oğlu da başladı ki, mən Hacı Nəcmüddövlənin təqviminə baxmamış bu barədə bir söz danışa bilmənəm.
Hərdəmxəyal da elə getdi.
Qaldı Hophop. Bunun da rəyi budur ki, camaat götürüb Müzəffərəddin şaha bir ərizə göndərsin və təvəqqə eləsin ki, şahənşah duma məsələsinə müdaxilə edib camaata riayət etsin.
Dedim:
– Əzizim, Hophop, qorxuram İran padşahı bu məsələyə qarışıb Almaniya və Avstriya padşahları kimi, padşaha tərəf saxlaya, nəinki camaata.
Hophop bir qədər fikirləşib cavab verdi:
– Doğru deyirsən, ay Molla Nəsrəddin, mən burasını fikirləşmirdim.
Hophop da belə getdi.
Qaldı Qızdırmalı. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. Laəlac qalıb götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. Bir neçə saatdan sonra bu məzmunda cavab gəldi:
“Bakının, Qarabağın, Gəncənin və İrəvanın bəyzadə və xanzadələri ilə və bir neçə nəfər İran əhli ilə bir yerdə xanımlar məclisində Kaxet çaxırı içə-içə sənə dua göndərirəm. Vəssəlam”.
Bu da Qızdırmalının rəyi!
İndi qaldım mən. Özüm rəyimi deyim:
– Mənim rəyim budur ki, lazımdır… dava etmək! Təvəqqə edirəm ki, fikriniz özgə yana getməsin, səbr edin görün nə deyirəm.
Bəli, lazımdı dava etmək.
Kimnən dava etmək?
Rusiyanın özgə millətləri ilə işim yoxdur, mən Qafqaz sözü danışıram. Mən belə məsləhət görürəm ki, Qafqazda nə qədər ki, erməni var, tökülüb bir günün içində müsəlmanların hamısını qırsın; sonra da müsəlmanlar tökülüb erməniləri qırsınlar.
Məhz bu cür dumanın acığını çıxartmaq mümkündür. Yoxsa özgə bir çarəsi yoxdur.
Əgər gürcülər də bu davaya qarışsaydılar, dəxi yaxşı olardı; qarışmasalar, qarışmasınlar; canları cəhənnəmə!
Bəs belə.
Lazımdır dava eləmək!
Buradan bir haşiyə çıxaq. Tiflisdə bir qəzet var, adı “Qolos Kavkaza”dır; özü padşah tərəfdarıdır. Tiflisdə müsəlmanlardan min dörd yüz müştərisi var, özgə yerlərdən nə qədərdir bilmirəm. Qərəz…
Dünən bu qəzetin mühərrirlərindən birisi küçədə mənə rast gəlib soruşdu:
– Ay Molla Nəsrəddin, deyirlər Bakıda ermənilər və müsəlmanlar bir-birlərini qırıb qurtardılar. Xəbərin var?
Dedim:
– Xeyr, xəbərim yoxdur. Amma güman edirəm ki, bu xəbərin əsli yoxdur.
Gördüm ki, rəfiqim başını saldı aşağa. Dedim:
– Bəradər, heç ürəyini sıxma, iki ay bundan irəli Frəngistan darülfünununun mərizxanasında bir Qafqaz ermənisi ilə bir Qafqaz müsəlmanının başlarını yarıb beyinlərini misqal-tərəzidə çəkirmişlər. Bu heyndə görürlər ki, tərəzidə heç bir şey yox. Məlum olur ki, beyinlər ağırlıqlarından havaya uçublar.
Mühərrir rəfiqim sözümü tez başa düşdü və sevincək əlimi sıxıb “spasibo” – dedi və uzaqlaşdı.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 21 iyul 1906, №16
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ne-elemek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Прежде чем начать свой рассказ, я хочу предупредить, что иные дети имеют дурную привычку, взяв огрызок карандаша, тут же расписывать стены домов. Иные пользуются для этого даже углем или мелом. Что там уголь и мел, я знаю таких испорченных детей, которые берут в руки гвоздь или ножик и давай царапать и уродовать стены.Я очень недолюбливаю детей, которые пачкают стены, потому что, если ты хороший мальчик и хочешь писать, возьми листок бумаги, карандаш, присядь где-нибудь и пиши в свое удовольствие.
Xanın təsbehiСо станции Евлах, расположенной между Тифлисом и Баку, шоссейная дорога идет через Барду в Агдам и оттуда подымается к городу Шуше. Из Агдама шоссе заворачивает налево, к Карабулаху, или, как называют его по-русски, Карягино. Отсюда оно идет к Джебраилу, и наконец выходит на берег Аракса, к известному Худаферинскому мосту, по которому переходят в Иран.Несколько лет назад мне привелось перейти через этот самый мост и подняться в иранские горы. Здесь начинается Карадагская провинция, простирающаяся до самого Тебриза. Влево от нее живут шахсеваны, вправо, по берегу Аракса, тянется граница кавказского Азербайджана.
AzərbaycanDünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarımSizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım.O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə.
Стихи других поэтов · Сатира
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Təxmis-məzhəkəEy sənəmi-türreyi-pürpiç tab,Kimsədə yox zərrəcə hicrində tab.