Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın.

Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəllimin pansionunda qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü bütün ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı).

Pakizə indi ikinci sinifdədir. Türk dilində yazıb oxuya bilir, rus dilində də xüsusi dərs keçir. Midhət, Ənvər və Teymur hər gün xörəkdən sonra məşhur qoca müəllim Ziyadan ciddi surətdə fars dili öyrənirlər, müəllim bizim evdə gəlib dərs deyir.

Uşaqların hamısının kefi kökdür. Axşam saat 5-də hamısı bir-bir Midhətin velosipedinə minib gəzirlər. Midhət isə velosipedi şəstlə, təcrübəli bir adam kimi sürür və özünü dünyada ən xoşbəxt adam sayır. Yemək-içməkləri də pis deyil: hər gün kərə yağında bişmiş iki cür xörək, toyuq-plov, səhər və axşam ağ çörək və pendirlə şirin çay. Hərdənbir şam da edirlər. Hər gün meyvələri var. İki həftədən bir hamama gedirlər. Həftədə bir dəfə çirk paltarlar yuyulur və i. a. Olya indi lap bizim səriştəli aşpazlar kimi xörək bişirir.

Aftab xanım uşaqlardan heç nigaran qalmasın. Əli bəylə də biz lap “dost”laşmışıq. Müzəffərə, Əliş bəyə, Süleymana, Cəmilə salam yetir. Xörək stolu üçün süfrə və köynəklik ipək şal (bildirki kimi) gətir.

Tezliklə görüşənədək, xudahafiz.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İdarədən bir neçə söz

Səfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi.Niyə, nədir bunun səbəbi?

2 мин
İdarədən

Məktub sahibinə ərz olsun ki, həmin şəkli bizə çəkdirən şəxs Təbriz əhli idi ki, Tiflisdə bir gecə qalıb, Bakı təriqi ilə yollandı Məşhədi-müqəddəsə. Adını soruşduqda cavab verdi ki, əsil adımın sizə lüzumu yoxdur, amma təxəllüsüm Rza Xorasanidir. Həqiqət biz özümüz şəkkə düşdük və şəkli bu surətdə qəbul eləmək istəmədik, amma müşarileyh belə cavab elədi: getdiyim ağaya and içirəm ki, bu şəkil demokrat firqəsinə toxunmur.Bununla bərabər idarəmiz əhd edir ki, bundan sonra vəkilimiz və dostlarımız tərəfindən təsdiq olunmamış mətləbləri jurnalımızda dərc etməyək.

1 мин
Arvad məsələsi

Yevropanın ən şöhrətli alimlərindən Con Stüart min səkkiz yüz altmış yeddinci ildə ingilis parlamanında söylədiyi nitq hələ çoxlarının yadından çıxmayıb. Haman nitqdə məşhur natiq birinci dəfə olaraq arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əllillik müddətdə haman ingilis parlamanında azından iyirmi dəfə bu məsələ müzakirəyə qoyulubdur və hələ bu vaxtadək arvad məsələsi necə ki lazımdır, Yevropada həll olunmayıbdır.Rusiyada arvad məsələsi. O ki qaldı Rusiya hökuməti, şükür Allaha, axırıncı inqilabi-kəbirin birinci xidməti bu oldu ki, Rusiyada yaşayan insanların cəmisinin ixtiyarı bərabərləşibdir, bilafərq cins, din və millət. Bu barədə Rusiyada dəxi əlahiddə bir danışılmalı məsələ qalmayıbdır; arvad məsələsi birdən-birə qurtarıbdır.

7 мин
Xəbərdarlıq

Bu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib.Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin məhrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.

1 мин

Стихи других поэтов