Bakının havası
Dünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı.
O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir?
Habelə bilmədik ki, sırağagün nə səbəbə müdirimiz eləcə dinməzsöyləməz oturmuşdu.
Dünən hava qarışdı. Külək okoşkaların şüşəsini sındırmaq istəyirdi. Dam-daş titrəyirdi. Müdirimizin həmişəki acıqlı səsini eşitdik. Həmişəki kimi söyüş söyə-söyə katibin müavinini çağırırdı. Hərçənd ki, söyüş katibin müavininin barəsində deyildi. Ancaq biz hamımız bilirdik ki, “qızım, sənə deyirəm, gəlinim sən eşit!” deməkdir. Katibin müavini durdu, getdi. Çünki atı atın yanına bağlasan ya halını götürər, ya xasiyyətini. Müavin də mırtdana-mırtdana kimisə söyə-söyə gəldi.
Onun üçün də Bakının havasını və müdirimizin havasını biz qulluqçular bir mizanda tuturuq. Hər dəfə Bakının küləyi tufan eləyəndə bizə yəqin olar ki, o günü atamız yanacaq. Bizə yəqin olar ki, müdirimiz kimisə söyə-söyə, qışqıra-qışqıra bizim birimizi çağıracaq və qışqıra-qışqıra bir söz deyəcək və keçmiş padşah əsrini bizim yadımıza salacaq.
Ancaq belə-belə çürük işlərin daxi zamanı keçibdir. Çünki indi Şura əsridir. İndi nə müdir müavini söyə bilər, nə də müavin müdiri.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 oktyabr 1929, №40
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bakinin-havasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.
Məmmədəli! (1913, ya 1914)Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil
Əzizim Həmidə! (7 iyul 1914)Tiflis*Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.
Əzizim Məmmədəli! (11 yanvar 1915)Tiflis*Kağızın yetişdi. Bundan sonra yazanda da həmin adresə yaz.
Стихи других поэтов · Сатира
“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
Qocalıqdan şikayətQocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!
Gərəkdir şahsevənlər daima bir şah sevsinlərGərekdir şahsevənlər daima bir şah sevsinlər,Nəinki binədayə rəhm edib, Allah sevsinlər.