Əzizim Məmmədəli! (11 yanvar 1915)
Tiflis
Kağızın yetişdi. Bundan sonra yazanda da həmin adresə yaz.
Əhvalat bu qərar ilədir: mən, – necə ki, sənə də yazmışdım, – Tiflisə gəldim ki, jurnalı çıxardam və çünki fikrim keçən vaxtlara gedirdi ki, hər bir şey bol, ucuz, pərgar. Mən bir qədər məbləğ təyin eləmişdim ki, köhnə sayaq ilə jurnalı başlayıb, dostların köməkliyilə yeridərəm. Amma işlər özgə bir surətdədir. Əvvəla, Tiflisdə kağız yoxdur, az-çox nə varsa da birə üç bahadır. Habelə, litoqrafiya xərci genə birə üç bahadır. İkinci, evlər, yəni mənzillər genə birə üç bahalanıb.
Xülasə, işləri belə görüb, mən mülahizə elədim ki, öz gücümlə, yəni kənar pul köməkliyi olmasa, jurnalı həmişəlik mən saxlaya bilmənəm, yəni yarı yolda arası kəsilər, genə oxucular yanında xəcalət olaram.
Yoldaşım Əliqulunun müharibə səbəbindən Culfadakı mülk işləri bir növ pozulub və bu cəhətdən bunun da tərəfindən maddi köməkliyə ümidvar ola bilməzdim.
İndi, əzizim, mətləbi başa düşdün və görürsən də ki, əgər Bakıdan bizə köməklik olmasa, bu halda jurnalı çıxara bilməyəcəyəm.
Hələ götürək kağız məsələsini. Deyirlər, Bakıda kağız var. Yaxşı olardı ki, sən orada kağız kantorlarına gedib əhvalı biləydin. Varsa qədərini və qiymətini biləydin və biləndən sonra, bir tərəfdən, mənə yazaydın və bir tərəfdən də hali olaydın görək sənə verilən pul vədlərinə ümid bağlamaq olar, ya yox. Əgər pul verən varsa, görək nə şərtlə verir və nə qədər verir? Sən bilirsən ki, hər şərtə razı olmaq olar, amma naşirlik imtiyazı gərək öz əlimizdə qala.
Bakıda “Molla Nəsrəddin” yazmaq olmaz, necə ki, sən özün də deyirsən. Və lakin pul verəni hər nömrədə “naşir” yaza bilərik ki, onun pul köməkliyi camaata məlum olsun.
İndi sən bu barədə əhval tut və mənə də tez cavab yaz. Çünki iş baş tutmasa, genə məcbur olacağam bir qədər də jurnalı təxirə salmağa, ta dava qurtarana kimi. Belə də olanda dəxi Tiflisdə qala bilməyəcəyəm. Çünki uşaqlar oradadır, onlarsız qərarım gəlməz.
Sizin də uşaqları könlüm istəyir, xüsusən Məhəmmədhəsəni. Amma mənə bir sürtuq borcludur ha!..
Xudahafiz.
Dostun Cəlil
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ezizim-memmedeli-11-yanvar-1915
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçən günə gün çatmaz…*Atalar sözü*
CavabƏhməd bəy Ağayev cənablarına(Müştəri məsələsi)
Şirin rusi danışanBu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:Rus – Nu, master, kak pojivayete?
İranlılaraDünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.Dedim:
Стихи других поэтов
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
GəlinGecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.