Demədim?
Qəyyur əfəndiyə oxşatma
Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!Yazma nahaq yerə “ariflərə” böhtan, demədim?!
Sənə layiqmidir, hər aqilə irad edəsən?Göstərib səhvini iradını tedad edəsən?Sən gərək badə içib, xatirini şad edəsən,Könlünü badəpərəst olmağa mötad edəsən,Eybcu olma, əfəndim, sənə hər an demədim?!
Yeri vardır, səni təqbih edə bir pakinəjad,Haqlıdır, gər sənə yazsa da o, min dürlü irad,Çünki ustadır o, görmüşdü əzəldən “ustad”,Ey qatan bir-birinə aləmi, ey kani-fəsad,Bikəmal olma, yetər ağlına nöqsan, demədim?!
Tutalım, möcüzə var səndə yədi-beyza tək,Nə gərəkdir sənə, Firon boğasan Musa tək?Saçdığın nuru görür xalq şəbi-yelda tək,Sən əgər mürdələr əhya edəsən İsa tək,Yenə bu xalq gətirməz sənə iman, demədim?!
Nə işin tacir əfəndi uduzub var-yoxun,Satıb əmlakını, hərgiz verə bilməz naloqun,Şəhrin incitmədəsən büsbütün ac ilə toxun,Adil ol, ay Baba, düş barı, bir insafə yaxın,Aşayıb şorbanı, çək başına yorğan, demədim?!
Nə yerin sahibisən, arifisən, şairisən?Alimi, rindü müdiri, vələdi-mahirisən.Hansı bir el-obanın rahimisən, qahirisən,Qoyma övladi-nəcibə dolaşa bakiri sənKi, qopar Nuh kimi başına tufan, demədim?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-demedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bayram yeli əsdi, gülüzarım təzələndi,Şadlıq gətirən xəlqə baharım təzələndi.
Öz yarimə, bilməm, niyə biganəyəm indiÖz yarimə, bilməm, niyə biganəyəm indi,Onsuz, elə bil ki, dəli-divanəyəm indi.
Günümü qıldı siyəh, ol məhi-taban getdiGünümü qıldı siyəh, ol məhi-taban getdi,Bilməm, ol mah görüb məndə nə nöqsan getdi?
Bu nə meydir ki, içirkən məni bihuş etdi?Bu nə meydir ki, içirkən məni bihuş etdi?Xatirimdən qəmi-ənduhi fəramuş etdi!
Стихи других поэтов · О вине
Qədir gecəsində mətləb dilədim,Tərəhim eylədi o mövlam mənə.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Сокровищница тайн, глава 37مسجدییی بسته آفات شدمعتکف کوی خرابات شد