Allahı “çistka” etmək olarmı?
Arada çox danışılır ki, aya səbəb nədir ki, Allah-taala çistkadan azad olsun?
İndiki əsrimiz məhz azadlıq əsridir, çox böyük-böyük imam və peyğəmbərlər təmizləməyə düçar olurlar; məmləkətin sütunları o yerdə ki, bu gün şiri-cəyan kimi gurulduyurdular, sabah görürsən ki, təxtdən düşüb heç bir şey olublar.
Bəs, səbəb nədir ki, tək bircə Allah kənarda qalsın və təmizləməyə, tənqid və təhqiqata düçar olmasın?
Məgər demək olar ki, xudavəndi-aləm hər bir eyib və nöqsandan aridir və uzaqdır? Kim deyir ki, bari-pərvərdigara heç bir töhmət yapışmaz?
Nəuzübillah, Allah-taaladan mənim birinci gileyim odur ki, o həzrət heç yanda görünmür. Nə qədər ki, insanlar bir şeydən yana narazı və şikayətçidirlər – Allahı tapa bilmirlər ki, şikayət edib kifayət alsınlar.
Nə səbəbə Allah-taala görsənmir? Və o həzrət haraları gəzir və haralarda dolanır?
Bunu bilmək olmur.
İndiyədək heç bir məmləkətdə heç bir insan Allahı görən olmayıb. İslamın şəriəti deyir ki, Allah nə yerdədir, nə göydə; nə cismdir, nə cövhər və onu bu səbəbə görmək olmaz.
Bilatəsbih, yer üzünün bir para Allahlarında da bu xasiyyət var; onu ildə bir dəfə də bir yanda görə bilmirəm. Və ildə bir dəfə də onu görmək istəsən ki, dərdini deyəsən, məlum olacaq ki, ya Tiflisə gedibdir, ya iclasdadır. Onunçün də mən hərdən bir zarafatnan deyərəm ki, bizim yer Allahları da nə cismdir, nə cövhər; nə yerdədir, nə göydə.
Bəs, həqiqət – Allah həzrətləri hardadır? A qde je boq?
Bəs, o ki, heç yanda görsənmir, bəlkə o, heç yoxdur?
Bəs, o ki, yoxdur – dəxi onu çistkaya salmağın da mənası yoxdur.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 sentyabr 1929, №37
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-allahi-cistka-etmek-olarmi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məktəblər də milliləşdi, yəni hər millətin özünün məktəbi olacaq və hər millətin məktəbinə özgə millətin uşaqları heç bir vəch ilə götürülməyəcək və götürülmür: türk məktəbinə rus, ya erməni götürülməyəcək, rus məktəbinə erməni, türk və gürcü götürülməyəcək və götürülmür.Demək, bu barədə beynəlmilləlik üsulu işləməyəcək.
YığıntıYığıntı təzə sözdür. Əvvəl elə bildim ki, bu sözü “məşhur İstilah komissiyası” icad edib, amma məlum oldu ki, “yığıntı” sözü özgə bir yerdən törüyüb. Bu günlərdə təzə bir kitab çapdan çıxıb: kitabın üstündə yazılıb, “Hesab məsələlərinin yığıntısı”, yəni bəistilahi-rus “sbornik”, bəistilahi-ərəb “məcmuə”.Yuxarıda İstilah komitəsinə mən ondan ötəri “məşhur” ad qoydum ki, bir vaxt o komitə məzəli-məzəli sözlər çıxartmışdı; məsələn: yerbil (coğrafiya), “dörtiş” (əmali–ərbəə, yəni çetıre deystviya).
Bistü-həştümBiz aşağıda qol qoyan mömin müsəlmanlar zəhmət komissarı həmin oktyabr ayının səkkizində bir belə dekret çıxarmışdı ki: oktyabr ayının onuncu günü səfər ayının iyirmi səkkizinci gününə mütabiqdir. Bu səbəbdən lazımdır ki, mömin müsəlmanlar həmin gün tətil eləsinlər; yəni işləməsinlər.Biz mömin müsəlmanlar bu dekreti oxuyandan sonra çıxdıq bazara, hər kəsdən soruşduq ki, səfər ayının iyirmi səkkizi nədir və bunun fəziləti özgə günlərə nisbətən nədədir? – bir kəs bizə bir cavab verə bilmədi. Axırda getdik “Təzəpir” məscidinə cəm olan kor, şil əməleyi-mövtadan bu məsələni soruşanda dedilər ki, səfər ayının iyirmi səkkiz bistü həştümdür; yəni həmin gün vəhşi ərəblərin biri yumruqnan vurub bir özgə vəhşi ərəbin burnunu qanadıb. Onunçün də bizim rizaməndliyimiz yoldaş zəhmət komissarına bu barədədir ki, əgər onun dekreti olmasa idi, Allahın yolundan azan müsəlmanlar bistü həştüm gününün hörmətini saxlamayacaq idilər və belə bir əziz gün yaddan çıxacaq idi və biz mömin müsəlmanlar bu feyzdən məhrum olacaq idik. Heç Nikolay dayının da vəziri biz mömin müsəlmanlara özünü bu dərəcədə dindar göstərmirdi.
Yad etməliQəzet sütunlarında dərc olunan məqalələrin çox hissəsi ondan ötrü yazılır ki, oxucular haman gün oxuyub qoysunlar kənara və sabahkı nömrəni gözləsinlər. Amma bu gündəlik məqalələrin içində elələri də var ki, oxucu haman məqaləni oxuyandan sonra qoltuq dəftərinin içinə qoyur, saxlayır ki, yaddan çıxmasın.O məqalələrin biri “Kommunist” qəzetinin 234-cü nömrəsində “Əziz qonaqlara diqqət” sərlövhədə “R” imzası ilə birinci səhifədə dərc olunan məqalədir. Məqalə belə başlanır:
Стихи других поэтов · Сатира
İsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,
Qoyma, gəldi! ("Xandostu, amandı, qoyma gəldi!")Xandostu, amandı, qoyma, gəldi!Didarı yamandı, qoyma, gəldi!
Ey Məmdəli, bu növi ki, İrandan əkildinEy Məmdəli, bu növi ki, İrandan ekildin,Doydun, bilirem, axır özün candan, əkİidin.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,