Məktəblər də milliləşdi, yəni hər millətin özünün məktəbi olacaq və hər millətin məktəbinə özgə millətin uşaqları heç bir vəch ilə götürülməyəcək və götürülmür: türk məktəbinə rus, ya erməni götürülməyəcək, rus məktəbinə erməni, türk və gürcü götürülməyəcək və götürülmür.

Demək, bu barədə beynəlmilləlik üsulu işləməyəcək.


Mən bu məqalədə türk uşaqlarının sözünü danışıram:

Əlbəttə, hər millət öz maarif işində müstəqil olmalı və məktəblərdə də elmləri öz dilində təhsil eləməli, necə ki, kiçik siniflərdə və kiçik məktəbdə, habelə böyük siniflərdə və ali məktəblərdə, yəni darülfünunlarda.

Amma burada bir məsələ var ki, onun həlli üçün mən bir neçə təcrübəli pedaqoqlarımız ilə müfəssəl danışığa girişdim. Bu məsələ özlüyündə iki parçaya bölünür: biri budur ki, axı bizim dərs mətbuatı çox kasıbdır; məktəblərimizdə kitab şkafları yox surətindədir.

Bəs, uşaqlarımız elmləri yaman-yaxşı öz dilimizdə oxusalar da, qiraətsiz və mütaliəsiz özlərini necə yetirə biləcəklər?

Bu bir tərəfi.

Qaldı ikinci çox böyük və mühüm məsələ: şagirdlərimiz orta məktəbləri qurtarandan sonra hansı darülfünunlara təhsili tamam etməyə keçəcəklər. Söz səbəbindən Rusiya universitetlərinə, nə də Bakı darülfünunlarına qəbul oluna bilməzlər.

Bəs, hara gedəcəklər?

İstambula?

Əgər belə isə, elədə indidən yaxşı deyilmi bunu bilmək?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 29 sentyabr 1923, №34

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Abunə dəftərimiz açıldı

Bu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira:Məkon zigərdişi geyti şikayət, ey dərviş

1 мин
Siyasi məsələ

Səttərxan şahın qoşunlarını basdı və günbəgün qabağa getməkdədir. Bunnan işimiz yoxdur. Az qalıb ki, bütün Azərbaycana padşah olsun. Bunnan da işimiz yoxdur.Şüca Nizami, Eynüddövləni, İzzətullah xanı və qeyriləri çox asanlıqla basıb dağıdır.

1 мин
Zəhrimar

A kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib.Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl.

3 мин
Şahzadə

Qabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur.Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır.

1 мин

Стихи других поэтов · Сатира