Yığıntı təzə sözdür. Əvvəl elə bildim ki, bu sözü “məşhur İstilah komissiyası” icad edib, amma məlum oldu ki, “yığıntı” sözü özgə bir yerdən törüyüb. Bu günlərdə təzə bir kitab çapdan çıxıb: kitabın üstündə yazılıb, “Hesab məsələlərinin yığıntısı”, yəni bəistilahi-rus “sbornik”, bəistilahi-ərəb “məcmuə”.

Yuxarıda İstilah komitəsinə mən ondan ötəri “məşhur” ad qoydum ki, bir vaxt o komitə məzəli-məzəli sözlər çıxartmışdı; məsələn: yerbil (coğrafiya), “dörtiş” (əmali–ərbəə, yəni çetıre deystviya).

Hələ təəccüb burasındadır ki, İstilah komitəsi qanmamazlıqdan “yerbil” və “dörtiş” sözlərini ortalığa çıxartmışdı, amma təəccüb burasındadır ki, özgə məhəllələrindən çıxan kitabların üstündə haradan “yığıntı” kimi ayıb–ayıb sözlər ortalığa çıxdı. Krılov babanın nağılında deyilən kimi, bizim könlümüz qoyun əti istəyəndə bizi yüz yerdən gülləyə basırdılar ki, ay haray, “dil əldən getdi”, amma özləri indi gözəl-gözəl “məcmuə” və “sbornik” sözlərini qoyub başlayırlar “yığıntı” kimi axmaq–uxmaq istilahlar düzəltməyə.

Ayıb olsun.

Cırcırama

“Yeni yol” qəzeti, 8 oktyabr 1923, №31

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (8 fevral 1928)

İrəvan*Mən indi İrəvandayam. Sabah geri qayıdıram... Bir neçə gün bundan qabaq mən teleqrafla Münəvvəri çağırdım. Onların kənddə yaşamalarının mənası yoxdur. Münəvvərin işləri düzələn kimi (çox tez düzələcək) Müzəffəri də çağırar. Az. MİK Qəmərin də Bakıya işləməyə gəlməsini məsləhət görür. Bu barədə Bakıdan müfəssəl yazaram. Tiflisdə Yusifxangilə dəydim. Hamısı salamatdır. Hələlik, salamat qal.

1 мин
Möhtərəm Vahab yoldaş! (2 sentyabr 1928)

Bakı*İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə.

1 мин
Səfərəli Qənbərli Yoldaşa

Məlumunuz olsun ki, mən bu günlərdə Mərkəzi İcraiyyə Komitəsi üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən xahiş edirəm:Əvvələn – biz oraya gələn vəqt sizdən mümkün olsa bəndəni tapasınız ki, görüşək və sonra mən ora gələn vəqtədək həmin məlumatı toplayasınız ki, mən görüşəndə mühazirə eyləyəsiniz.

1 мин
Həmidə! (28 dekabr 1928)

Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.

1 мин

Стихи других поэтов · Сатира